Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Çinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Çinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

04.08.2016 [09:46]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vey Cinhuanın etimadnaməsini qəbul edib.
Səfir Vey Cinhua fəxri qarovul dəstəsinin qarşısından keçib.
Vey Cinhua etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfir Vey Cinhua Çin Xalq Respublikasının Sədri Si Cinpinin onun Azərbaycana səfir təyin edilməsi ilə bağlı etimadnaməsini dövlətimizin başçısına təqdim etməkdən şərəf duyduğunu deyib. O, Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb.
Dövlətimizin başçısı Çin Xalq Respublikasına ötənilki dövlət səfərini və səfər zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşünü məmnunluqla xatırladığını deyib. Prezident İlham Əliyev səfər zamanı aparılan müzakirələrin, qəbul edilən qərarların və eləcə də Azərbaycan-Çin əlaqələrinin müxtəlif sahələrini əhatə edən çoxlu sayda sənədlərin imzalanmasının ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsi baxımından önəmini qeyd edib. Bu səfər zamanı qəbul edilən qərarların həyata keçirilməsini vurğulayan dövlətimizin başçısı xüsusilə Yeni İpək Yolu layihəsinin uğurla reallaşdırılmasından məmnunluğunu ifadə edib. Dövlətimizin başçısı artıq Azərbaycan vasitəsilə Çindən Avropa bazarlarına ilk test daşımalarının həyata keçirildiyini qeyd edərək ölkələrimiz arasında bütün başqa istiqamətlərdə də əlaqələrimizin inkişafı üçün böyük qarşılıqlı marağın olduğunu deyib.
Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın özünəməxsus şəkildə inkişaf etdiyini vurğulayaraq, Azərbaycanın dövlətçiliyin möhkəmləndirilməsi və sosial-iqtisadi inkişaf istiqamətində böyük uğurlar əldə etdiyini və bu uğurların bütün dünyada maraqla izlənildiyini deyib. O, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun gündən-günə artdığını vurğulayıb. Səfir bildirib ki, xalqımızın Ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyev Çin xalqının böyük dostlarıdır. O, dövlətimizin başçısının Çinə son dəfə həyata keçirdiyi dövlət səfərini tarixi və uğurlu səfər kimi dəyərləndirib və bu səfərin ikitərəfli münasibətlərimizin yeni bir mərhələyə yüksəlməsində xüsusi rolunu qeyd edib. Səfir regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu xüsusi vurğulayaraq, Çin Xalq Respublikasının ölkəmizin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha diqqətə çatdırıb.
Diplomat Bakıya təxminən bir ay bundan əvvəl gəldiyini və paytaxtımızın onda böyük təəssürat yaratdığını deyib. Səfir Avropanın digər iri şəhərləri ilə müqayisədə öz müasirliyi və gözəlliyi ilə Bakının heç də onlardan geri qalmadığını və paytaxtımızda ictimai sabitliyin və əhalinin rifah halının yüksək səviyyədə olmasını məmnunluqla bildirib.
Görüşdə ölkələrimizin radikalizm, ekstremizm və terrorizmə qarşı mübarizədə səylərinin birləşdirilməsinin vacibliyi qeyd olunub.
Dövlətimizin başçısı Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Çin Xalq Respublikasının Sədrinə çatdırmağı xahiş edib.

Paylaş:
Baxılıb: 1093 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31