/ / Müdafiə Sənayesi Nazirliyinin "Radioquraşdırma" zavodunun əsaslı yenidənqurmadan sonra açılışı olub
Müdafiə Sənayesi Nazirliyinin "Radioquraşdırma" zavodunun əsaslı yenidənqurmadan sonra açılışı olub
17.03.2009 [13:08]
Azərbaycan Prezidenti İlham Əliyev martın 16-da Müdafiə Sənayesi Nazirliyinin “Cihaz” İstehsalat Birliyinin əsaslı şəkildə yenidən qurulmuş “Radioquraşdırma” zavodunun açılışında iştirak edib.
Müdafiə Sənayesi Nazirliyi yaranana qədər zavodun cəmi bir neçə sexi qismən fəaliyyət göstərir, təsadüfi sifarişlər əsasında ildə 60-70 min manatlıq məhsul buraxılırdı. 2006-cı ilə qədər burada işçilərin sayı tamamilə azalıb, müəssisə tam bərbad vəziyyətə düşüb. Dövlət başçısının tapşırığına əsasən Müdafiə Sənayesi Nazirliyinin yaradılmasından sonra bu müəssisədə də köklü dəyişikliklər baş verib. Qısa müddət ərzində o, ölkənin qabaqcıl sənaye müəssisələrindən birinə çevrilib.
“Radioquraşdırma” zavodunun açılışına gələn Prezident İlham Əliyev əvvəlcə ulu öndər Heydər Əliyevin müəssisənin həyətində ucaldılan büstünün önünə gül dəstəsi qoyub.
Müdafiə sənayesi naziri Yavər Camalov Prezident İlham Əliyevə bu müəssisə və ümumilikdə respublikanın müdafiə sənayesində 2006-cı ildən bəri görülən işlər barədə geniş məlumat verib. O bildirib ki, vaxtilə zavodun bərbad vəziyyətdə olan ərazisində də geniş abadlıq və yaşıllaşdırma işləri görülüb. İnzibati binalar da əsaslı şəkildə təmir olunaraq, səmərəli fəaliyyət üçün hər cür şərait yaradılıb. Müəssisədə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən fotoguşə yaradılıb, 250 yerlik akt salonu da yenidən qurularaq müasir görkəm alıb.
Dövlətimizin başçısı açılışı bildirən qırmızı lenti kəsib və zavodla tanış olub. Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyevin xüsusi diqqəti sayəsində qısa müddətdə ölkənin müdafiə sənayesinin formalaşdırılması məqsədi ilə mühüm tədbirlər həyata keçirilib. ötən müddətdə nazirliyin tabeliyindəki müəssisələrdə 16 istehsal sahəsi istismara verilib, ən müasir tələblərə cavab verən müdafiə təyinatlı məhsulların kütləvi istehsalına başlanıb. Dövlət başçısının tapşırıqlarına əsasən, 2009-cu il üçün investisiya proqramı çərçivəsində 17 obyekt üzrə tikinti və yenidənqurma işlərinə başlanması nəzərdə tutulub.
Bildirilib ki, 2007-2008-ci illərdə dövlət müdafiə sifarişi proqramında nəzərdə tutulan işlər başa çatdırılıb və buraxılan məhsullar silahlanmaya qəbul edilib. 2009-cu ildə bu işlərin proqramı daha genişdir. Atıcı silahların, yaxın məsafəli döyüş vasitələrinin, artilleriya silahlarının kiçik seriyalarla istehsalı da mənimsənilib və proqrama uyğun istehsal edilib. Bundan başqa, böyük miqdarda müxtəlif çaplı döyüş sursatları istehsal edilərək sifarişçilərə çatdırılıb. Müdafiə sənayesi müəssisələrində mühəndis texnikası, döyüş və təlim sursatları, mühəndis xidməti və kəşfiyyat vasitələrinin istehsalı da təmin edilib. 2008-ci ildə sifarişçilərə təhvil verilən müdafiə təyinatlı məhsulların həcmi 2005-ci illə müqayisədə 6,1 dəfə artıb. Cari ildə isə 435 adda müdafiə təyinatlı məhsulların və onların ehtiyat hissələrinin istehsalı nəzərdə tutulub. Əvvəlki illərə nisbətən istehsalın həcmi əhəmiyyətli dərəcədə artırılacaq. Nazirliyin müəssisələrində buraxılmağa başlanacaq 7 növ müdafiə təyinatlı məhsulun istehsal sahəsinin yaradılması üçün texnoloji avadanlığın alınıb quraşdırılması 2009-cu ildə başa çatdırılacaq. Cari ildə müdafiə sənayesi müəssisələrində mülki məhsulların istehsalını da genişləndirmək üçün silsilə tədbirlər nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

