Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / ABŞ və Şimali Koreya arasında sammit keçirilə bilər

ABŞ və Şimali Koreya arasında sammit keçirilə bilər

01.09.2026 [19:21]

ABŞ-Cənubi Koreya birgə hərbi təlimlərinin miqyasının əhəmiyyətli dərəcədə azaldılmasından və Prezident Donald Trampın bu il Kim Çen Inla görüşmək planlarının olduğuna dair açıqlamasından sonra ABŞ və Şimali Koreya liderləri arasında görüşün keçirilməsi barədə ehtimallar artıb.

AZƏRTAC xəbər verir ki, Seul Milli Kəşfiyyat Xidmətinin (NIS) qapalı brifinqindən sonra Cənubi Koreya parlamentinin deputatı Yun Qon Yonun sözlərinə görə, Şimali Koreya və ABŞ dialoqun bərpasına doğru potensial irəliləyişin mümkün əlamətlərini nümayiş etdirirlər.

Lakin rəsmi şəxslər bildiriblər ki, Pxenyan və Vaşinqton arasında hər hansı konkret və ya birbaşa təmasın baş verdiyi hələlik rəsmi şəkildə təsdiqlənməyib.

“Şimali Koreya ilə ABŞ arasında sammitə gəlincə, ekspertlərin qiymətləndirməsinə görə, danışıqlar istənilən vaxt keçirilə bilər”, – deyə deputat Yun Qon Yon jurnalistlərə bildirib.

Avqustun ortalarında ABŞ Prezidenti Donald Tramp KXDR lideri Kim Çen Inla yaxşı münasibətlərini xatırladıb və Koreya Respublikası ilə keçirilən hərbi təlimlərin miqyasının azaldılmasını tapşırıb. “The Wall Street Journal” qəzeti xəbər verib ki, Donald Tramp köməkçilərindən cari ilin payızında KXDR lideri ilə görüş təşkil etmələrini tələb edib.

Paylaş:
Baxılıb: 11 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Sosial

Siyasət

Ədəbiyyat

Elm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30