Xalq Konstitusiya islahatlarını dəstəkləyir
13.03.2009 [09:53]
Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin mahiyyətinin, referendumun əhəmiyyətinin vətəndaşlara ətraflı çatdırılması üçün təbliğat-təşviqat kampaniyasında aktiv iştirak edən “Yeni Azərbaycan” və “Şəhər” təşviqat qruplarının səlahiyyətli nümayəndələri Gəncə şəhər seçiciləri ilə görüşlərini davam etdirirlər.
Növbəti belə görüşlər martın 12-də Gəncə şəhər “Alüminumçular” qəsəbəsində və Kukla teatırında olub.
Görüşləri giriş sözü ilə açan “Yeni Azərbaycan” təşviqat qrupunun Gəncə şəhər şöbəsinin sədri İsrafil İsmayılov bildirib ki, martın 18-də keçiriləcək referendum xalqın arzu və istəyinin nəticəsidir: “Azərbaycan Respublikası hazırda öz inkişafının elə bir mərhələsinə çatıb ki, onun iqtisadi potensialı və dövlətin siyasi iradəsi indiyə qədər ölkə Konstitusiyasına təsbit olunmuş insan hüquq və azadlıqları ilə yanaşı, hər bir vətəndaşa layiqli həyat səviyyəsini təmin etmək vəzifəsini də irəli sürməyə imkan verir. Respublikamız qazandığı nailiyyətləri ilə bu gün ən inkişaf etmiş dövlətlərlə eyni səviyyədə dayanır. ölkəmizin qısa müddət ərzində qazandığı nailiyyətlər, iqtisadiyyatımızın sürətli inkişafı üçün həyata keçirilən dövlət proqramlarının uğurlu nəticələri hər bir ölkə vətəndaşının həyatında açıq-aşkar hiss olunmaqdadır. Ona görə, mən sizi 18 mart 2009-cu il tarixdə seçki məntəqələrinə gələrək Konstitusiya maddələrinin hər birinə ayrı-ayrılıqda səs verməyə çağırıram”.
“Yeni Azərbaycan” təşviqat qrupunun Gəncə şəhər qərargahının təbliğatçısı, Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Telman Məlikov qeyd edib ki, müasir dövrdə hər bir dövlətin demokratik və hüquqi cəmiyyət quruculuğu onun insan hüquq və azadlıqlarına münasibəti əsasında müəyyən olunur: “Təklif olunan əlavə və dəyişikliklər insan hüquqlarının qorunub saxlanmasına, dövlətin konstitusion əsaslarının daha da möhkəmlənməsinə xidmət edir. 18 mart 2009-cu ildə keçiriləcək ümumxalq səsverməsi-referendumu ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının 29 maddəsinə 41 əlavə və dəyişikliklər təklif edilib”.
O, vurğulayıb ki, zaman keçdikcə ölkə tərəqqi yolu ilə irəlilədikcə, dövlət qüdrətləndikcə, Konstitusiya islahatlarına ehtiyac yaranır.
“Yeni Azərbaycan” təşviqat qrupunun təbliğatçısı Azərbaycan Texnologiya Universitetinin müəllimi Şahmar Həsənov çıxış edərək bildirib ki, Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Konstitusiyasına təklif edilən bütün əlavə və dəyişikliklərdə əsas məqsəd xalq üçün daha xoş güzəran yaratmaq, idarəçilik sistemində mükəmməl prinsiplərə üstünlük verməkdən ibarətdir. O, qeyd edib ki, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər insan hüquqlarının qorunub saxlanmasına, dövlətin konstitusion əsaslarının daha da möhkəmləndirilməsinə xidmət edir: “Azərbaycan xalqı ölkəni inkişaf yolu ilə işıqlı gələcəyə aparan, iqtisadi cəhətdən qüdrətləndirən, müstəqil dövlət kimi imkanlarını genişləndirən, beynəlxalq aləmdə günbəgün nüfuzunu artıran mövcud siyasətin davamına tərəfdardır. Bu gün iqtisadiyyatın inkişafının əsas göstəricisi olan üDM-də özəl bölmənin payının 84,5 olması qeyri-neft sektorunun inkişafına göstərilən diqqətin bariz nümunəsidir. Uğurlu sosial-iqtisadi siyasət nəticəsində yoxsulluğun həcmi 13,2 faizə endirilib. İnsanların güzəranı, həyat səviyyəsi yaxşılaşıb. Elə buna görə də, ölkə əhalisi Konstitusiya islahatlarını dəstəkləyir, ümumxalq səsverməsinə ciddi hazırlaşırlar”.
“Yeni Azərbaycan” təşviqat qrupunun təbliğatçısı Gəncə Dövlət Universitetinin müəllimi Cavid Bağırzadə bildirib ki, 18 mart 2009-cu ildə keçiriləcək ümumxalq səsverməsi-referendumu ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının 29 maddəsinə əlavə və dəyişikliklər edilib: “Bu dəyişikliklərin hər biri dövlətimizin istər siyasi, istərsə də iqtisadi inkişafı üçün xüsusilə vacibdir”.
Sonra çıxış edən “Yeni Azərbaycan” təşviqat qrupunun təbliğatçısı Gəncə şəhər sakini Əflatun Əliyev bildirib ki, Milli Məclisinin qərarı ilə “Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin 18 mart 2009-cu ildə ümumxalq səsverməsinə-referenduma çıxarılmasını tamamilə qanunauyğun bir proses kimi qarşılamaq lazımdır: “Referendum Aktının 12-ci maddəsində qeyd olunduğu kimi dövlət vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi kimi vacib məsələni özünün ali məqsədi hesab edir”.
O, qeyd edib ki, əgər dövlət başçısı uğurlu fəaliyyəti ilə ölkəni dinamik iqtisadi inkişaf yolu ilə irəliyə doğru aparırsa, insanlar da bu siyasəti dəstəkləyirsə, nə üçün vətəndaşların istək və arzularına məhdudiyyət qoyulmalıdır: “Mən sizləri martın 18-də Əsas Qanunumuza təklif edilən əlavə və dəyişikliklərin lehinə səs verməyə çağırıram”.
Sonra çıxış edən “Yeni Azərbaycan” təşviqat qrupunun təbliğatçısı, Gəncə şəhər sakini Mətləb Quliyev martın 18-də keçiriləcək ümumxalq səsverməsi ilə bağlı ölkəmizdə həyata keçirilən bütün tədbirlərin istiqamətinin cəmiyyətin maarifləndirilməsinə yönəldiyini vurğulayıb. O, Azərbaycan Respublikası Konstitusiyasının 15-ci maddəsinə təklif olunmuş əlavə və dəyişikliklərlə əlaqədar olaraq bildirib ki, Azərbaycan dövləti bazar münasibətləri əsasında sosialyönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, ölkəmizdə azad sahibkarlığın inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirir: “Dövlətimizin sahibkarlara yaratdığı münbit şərait, Azərbaycan Respublikası iqtisadiyyatının bazar münasibətləri əsasında sürətli inkişafı deməkdir. Bu baxımdan, martın 18-də keçiriləcək ümumxalq səsverməsi ölkə ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir”.
Sonda görüşdə çıxış edən seçicilər Referendum Aktını dəstəklədiklərini bildiriblər.
Fazil İsmayılov,
“Yeni Azərbaycan”
qəzetinin bölgə müxbiri
Xəbər lenti
Hamısına baxDünya
27 Noyabr 22:30
Elm
27 Noyabr 22:19
Maraqlı
27 Noyabr 21:53
Dünya
27 Noyabr 21:25
Elm
27 Noyabr 21:04
Dünya
27 Noyabr 20:46
Hadisə
27 Noyabr 20:36
Sosial
27 Noyabr 20:22
Dünya
27 Noyabr 19:51
Dünya
27 Noyabr 19:32
Dünya
27 Noyabr 19:15
Sosial
27 Noyabr 18:31
İqtisadiyyat
27 Noyabr 17:25
YAP xəbərləri
27 Noyabr 17:12
İdman
27 Noyabr 17:02
Xəbər lenti
27 Noyabr 17:00
YAP xəbərləri
27 Noyabr 16:32
Sosial
27 Noyabr 16:32
İqtisadiyyat
27 Noyabr 16:17
YAP xəbərləri
27 Noyabr 15:28
Xəbər lenti
27 Noyabr 14:58
Dünya
27 Noyabr 14:49
Dünya
27 Noyabr 14:35
Siyasət
27 Noyabr 14:14
Sosial
27 Noyabr 12:46
Gündəm
27 Noyabr 12:44
Sosial
27 Noyabr 12:04
Sosial
27 Noyabr 12:04
İqtisadiyyat
27 Noyabr 12:03
İqtisadiyyat
27 Noyabr 12:01
Gündəm
27 Noyabr 11:45
Gündəm
27 Noyabr 11:37
Sosial
27 Noyabr 11:24
Dünya
27 Noyabr 11:23
Gündəm
27 Noyabr 11:12
Siyasət
27 Noyabr 11:01
Siyasət
27 Noyabr 10:54
Siyasət
27 Noyabr 10:35
Analitik
27 Noyabr 10:19
Ədəbiyyat
27 Noyabr 09:57
Analitik
27 Noyabr 09:33
Maraqlı
27 Noyabr 09:15
MEDİA
27 Noyabr 08:53
Sosial
27 Noyabr 08:30
Dünya
26 Noyabr 23:35
Sosial
26 Noyabr 23:17
Dünya
26 Noyabr 22:51
Dünya
26 Noyabr 22:18
Dünya
26 Noyabr 21:40
Dünya
26 Noyabr 21:26
Dünya
26 Noyabr 20:54
Dünya
26 Noyabr 20:19
İqtisadiyyat
26 Noyabr 19:43
Dünya
26 Noyabr 19:17
Siyasət
26 Noyabr 18:29
Dünya
26 Noyabr 17:36
YAP xəbərləri
26 Noyabr 17:28
Elm
26 Noyabr 17:11
YAP xəbərləri
26 Noyabr 16:25
YAP xəbərləri
26 Noyabr 16:08
Gündəm
26 Noyabr 15:46
Gündəm
26 Noyabr 15:44
İqtisadiyyat
26 Noyabr 15:38
YAP xəbərləri
26 Noyabr 15:17
İdman
26 Noyabr 15:16
Hadisə
26 Noyabr 15:16
Dünya
26 Noyabr 14:36
Dünya
26 Noyabr 13:55
Siyasət
26 Noyabr 13:40
Sosial
26 Noyabr 13:38

