Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / BDU ilə Səmərqənd Dövlət Universiteti əməkdaşlıq əlaqələrini genişləndirib

BDU ilə Səmərqənd Dövlət Universiteti əməkdaşlıq əlaqələrini genişləndirib

23.12.2024 [21:57]

Bakı Dövlət Universitetinin (BDU) nümayəndə heyəti Özbəkistanın Səmərqənd Dövlət Universitetində olub.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Görüş zamanı qeyd olunub ki, son bir neçə ildə BDU Özbəkistanın ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrini daha da gücləndirib.

BDU Özbəkistan universitetləri ilə əməkdaşlıq müqavilələri imzalayıb, tələbə və müəllim mübadiləsi proqramları həyata keçirib. Birgə layihə və elmi tədqiqatlar regionun elmi potensialının gücləndirilməsi və təhsilin keyfiyyətinin artırılmasına xidmət edir.

Görüş zamanı iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq imkanları, xüsusilə beynəlmiləlləşmə proseslərinin sürətləndirilməsi, müəllim və tələbə mübadiləsi proqramlarının təşkili, eləcə də ikili diplom proqramlarının inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Paylaş:
Baxılıb: 452 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Dünya

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31