BDU ilə İzmir Yüksək Texnologiyalar İnstitutu arasında tələbə mübadiləsi aparılacaq
05.12.2024 [22:19]
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Türkiyənin İzmir Yüksək Texnologiyalar İnstitutunun rektoru Yusuf Baranla görüşüb.
BDU-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı iki universitet arasında akademik əməkdaşlıq, birgə elmi tədqiqat və tələbə mübadiləsi imkanlarının genişləndirilməsi məsələləri müzakirə olunub.
Rektor Elçin Babayev İzmir Yüksək Texnologiyalar İnstitutu ilə birgə layihələrin hər iki ali təhsil müəssisəsinin tələbələri üçün yeni imkanlar açacağını, regionda təhsilin və elmin inkişafına mühüm töhfə verəcəyini deyib.
İzmir Yüksək Texnologiyalar İnstitutunun rektoru Yusuf Baran isə bildirib ki, BDU ilə uğurlu əməkdaşlıq Azərbaycan və Türkiyənin elmi inkişafında, beynəlxalq səviyyədə rəqabətədavamlı mütəxəssislər yetişdirilməsində mühüm önəm daşıyır.
Rektorlar molekulyar biologiya və genetika, kimya və kimya mühəndisliyi, informasiya texnologiyaları və tətbiqi riyaziyyat sahələrində magistratura və doktorantura pilləsi üzrə ikili diplom proqramlarının hazırlanması barədə razılıq əldə ediblər. Həmçinin molekulyar biologiya sahəsində kadr heyətinin İzmir Yüksək Texnologiya İnstitutunun Genom redaktəsi və Molekulyar biologiya laboratoriyalarında təlim keçməsi, BDU-nun dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirdiyi layihələrə İzmir Yüksək Texnologiyalar İnstitutunun professor-müəllim heyətinin cəlb edilməsi, iki universitetin tədqiqat infrastrukturundan birgə istifadə ilə bağlı konkret fəaliyyət planlarının hazırlanması və icrasına dair razılıq əldə ediblər. Görüşün sonunda Yusuf Baran BDU-nun Elmi Kitabxanası və “Ekoməkan”ı ilə tanış olub.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43

