Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / Sentyabrın 18-də ilin ikinci Ay tutulması baş verəcək

Sentyabrın 18-də ilin ikinci Ay tutulması baş verəcək

12.09.2024 [08:58]

2024-cü ilin 2-ci Ay tutulması sentyabrın 18-də baş verəcək.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Yeniazerbaycan.com-a verilən məlumata görə, qismən Ay tutulması Bakı vaxtı ilə saat 04:41-də başlayıb, saat 08:47-də sona çatacaq. Tutulmanın maksimumu sentyabrın 18-i saat 06:44-da baş verəcək. Saat 06:12-də qismən tutulma başlayacaq və saat 07:15-də sona çatacaq. Saat 04:41-də yarımkölgəli tutulma başlayacaq və saat 08:47-də sona çatacaq.

2024-cü ilin 2-ci Ay tutulmasını Şimali və Cənubi Amerika, Antarktida, Afrika, Avropa, Qərbi Asiya və Rusiyanın cənub-qərbi daxil olmaqla, Ayın üfüqün üstündə olduğu istənilən yerdən müşahidə etmək mümkün olacaq.

Azərbaycan ərazisində səhər saatlarında saat 04:41-dən 06:19-a kimi yarımkölgəli Ay tutulması müşahidə ediləcək.

Paylaş:
Baxılıb: 670 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Ədəbiyyat

Sosial

Planetimizi sevək!

22 Aprel 08:56

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30