Mütəxəssis: Məktəb çantasının ağırlığı uşağın bədən çəkisinin 10 faizindən çox olmamalıdır
10.09.2024 [11:53]
“Alimlərin araşdırmaları göstərir ki, ibtidai sinif şagirdlərinin içərisində dərs vəsaitləri olan bir məktəb çantasının çəkisi 5-6 kiloqrama çatır”.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedi Elşən Məhərrəmov deyib.
O qeyd edib ki, məktəb çantasının ağırlığı uşağın bədən çəkisinin 10 faizindən çox olmamalıdır: “Əks təqdirdə onurğa əyriliyinə və qamət pozğunluğuna səbəb ola bilər. Bundan əlavə, ayaqların, bel ağrısının və yeriş problemlərinin inkişafı ilə nəticələnmə ehtimalı var. Ağır məktəb çantası travma riskini artıra bilər. Sözsüz ki, uşaqlar tez yorulur və bu, dərslərin mənimsənilməsi imkanlarına təsir göstərir.
Hazırda uşaqlarda vacib məqam düzgün bədən duruşunun formalaşması və qorunmasıdır. Zəif qamətin formalaşmasına təsir edən müxtəlif amillər var”.
Travmatoloq məktəb çantası seçərkən diqqət edilməli məqamlardan da danışıb: “Məktəb çantasını seçərkən uşağın yaşı, boyu və çəkisini, inkişaf xüsusiyyətlərini nəzərə almaq vacibdir. Çantanın anatomik cəhətdən rahat olması da olduqca mühüm məsələdir. Ölçü baxımından çanta çox böyük olmamalı, üst hissəsi boyuna, aşağı hissəsi isə aşağı arxaya təzyiq etməməlidir.
Həkimlər uşaqların belindəki yükü düzgün bölüşdürməyə kömək edəcək sinə qayışı olan kürək çantaları seçməyi məsləhət görürlər. Uzunboylu uşaqlar üçün şaquli kürək çantaları uyğun gəlir, qısaboylu uşaqlar üçün isə üfüqi kürək çantaları seçmək daha yaxşıdır. Valideynlərə tövsiyə edərdim ki, uşaqlara çəkisi ağır olan çantalar almasınlar”.
Uşağın düzgün qamətinin 4 yaşından başlayaraq 10 yaşına kimi formalaşdığına diqqət çəkən mütəxəssis vurğulayıb ki, uşağın sağlam qaməti sinə və budların mövqeyi ilə müəyyən edilir: “Bədənin və ayaqların müstəvisi əyilmədən düz bir şaquli xətt yaratmalıdır. Yalnız bu vəziyyətdə bədənin və daxili orqanların normal işləməsi təmin edilir.
Oxu masasının quruluşu təhsil məlumatlarının qavranılması proseslərinə, eyni zamanda, uşağın təhlil, əzbərləmə qabiliyyətinə təsir göstərə bilər. Düzgün qamətin olmaması isə ağrıya səbəb olan dayaq-hərəkət sistemi xəstəliklərinin (skolioz, kifoz, lordoz və digər) inkişafı ilə nəticələnir.
Onun sözlərinə görə, başın bir az əyilməsi duruş üçün daha faydalıdır. Başın böyük əyilmələri ilə əlavə motor bölmələri işə cəlb olunur, nəbz sürətlənir, tənəffüs amplitüdü azalır, görmə və duruş problemlərinin yaranması mümkündür.
“Masaların rahat və təhlükəsiz olması olduqca vacibdir. Onlar uşağın boyu ilə tənzimlənməli, masa üstü əyilmiş və tezgahdakı künclər yuvarlaqlaşdırılmalıdır. Şagirdə düzgün oxu masasının seçilməsi üçün ümumi qəbul edilən standartlar mövcuddur. Əsas seçim meyarları arasında, ilk növbədə, masanın ölçüsü ilə şagirdin boyu arasında düzgün nisbətə riayət edilməsini qeyd etmək lazımdır. Belə ki, uşağın boyu 110-120 santimetr olduğu təqdirdə masanın hündürlüyü 52, oturacaq isə 32 santimetr olmalıdır. Uşağın boyu 120-130 santimetr olduğu zaman isə masanın hündürlüyü 57, oturacaq 35 santimetr müəyyən edilib. Məktəblinin boyu 10 santimetr artdıqda masa və oturacağın hündürlüyü müvafiq olaraq 5 və ya 3 santimetr artır”, - deyə E.Məhərrəmov əlavə edib.
Xəbər lenti
Hamısına baxElm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13

