BMT: Qlobal əmək bazarına daxil olacaq 800 milyona yaxın gənc işsiz qala bilər
14.10.2026 [10:35]
BMT İnkişaf Proqramının (BMT İP) rəhbəri çərşənbə axşamı xəbərdarlıq edib ki, müvafiq tədbirlər görülməzsə, yaxın illərdə inkişaf etməkdə olan ölkələrdə əmək bazarına daxil olacaq təxminən 800 milyon gənc iş tapa bilməyəcək. Bu açıqlama qurumun investisiya və məşğulluğu artırmaq məqsədilə iki yeni təşəbbüsə başlaması fonunda verilib.
AZƏRTAC BMT-nin məlumatına istinadla xəbər verir ki, Dünya Bankı Qrupu və Beynəlxalq Valyuta Fondunun (BVF) illik toplantılarında iştirak etmək üçün Banqkokda səfərdə olan BMT İP rəhbəri Aleksandr De Kroo Nyu-Yorkdakı mətbuat konfransında bildirib: “Növbəti 15 ilə nəzər salsaq, görərik ki, 1,2 milyard gənc təhsilini başa vuraraq əmək bazarına daxil olacaq. Təəssüf ki, onlardan yalnız 400 milyonu üçün iş yeri olacaq, 800 milyon nəfər isə işsiz qalacaq”.
O, fərqin demoqrafik göstəricilərlə əlaqəli olduğunu deyib və əlavə edib ki, bir çox inkişaf etməkdə olan ölkədə orta yaş 18 ilə 25 arasındadır və məşğulluq proqnozları texnologiyanın mövcud vəziyyətinə əsaslanır.
Təşkilatın iki təşəbbüsü hökumətlərə investisiya siyasətlərini və hüquqi çərçivələri təkmilləşdirməyə, sərmayəyə hazır layihələri həyata keçirməyə kömək edəcək.
“Rifah üçün iş yerləri mexanizmi” adlanan kompleks tədbirlər proqramı ölkələrə məşğulluğu artırmaq potensialına malik sektorları müəyyən etməyə, bacarıqları işəgötürənlərin ehtiyac duyduğu şeylərlə uyğunlaşdırmağa, biznes investisiyaları və işə qəbul qarşısındakı maneələri aradan qaldırmağa kömək edəcək. BMT İP-nin rəhbəri hesab edir ki, süni intellektin sürətlənməsinə baxmayaraq, xidmət, kənd təsərrüfatı və turizm kimi sektorlar yenə də bir çox iş yeri yaradacaq. “İş yerlərinin yaradılması insanların yoxsulluqdan çıxmasının yeganə real davamlı yoludur”, - deyə o bildirib.
Hər iki təşəbbüs Dünya Bankı Qrupu, Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə genişləndirilmiş tərəfdaşlıqlar tərəfindən dəstəklənir və Nepal, Yəmən, Haiti, Livan, Qanada pilot təşəbbüslər artıq həyata keçirilir.
Xəbər lenti
Hamısına baxElanlar
16 Oktyabr 18:44
Dünya
16 Oktyabr 18:21
Dünya
16 Oktyabr 17:35
Xəbər lenti
16 Oktyabr 17:00
Siyasət
16 Oktyabr 16:37
Sosial
16 Oktyabr 16:28
Dünya
16 Oktyabr 16:28
Sosial
16 Oktyabr 16:18
İqtisadiyyat
16 Oktyabr 16:17
Hadisə
16 Oktyabr 16:16
Mədəniyyət
16 Oktyabr 16:15
İqtisadiyyat
16 Oktyabr 16:14
Dünya
16 Oktyabr 15:45
Dünya
16 Oktyabr 15:17
Dünya
16 Oktyabr 14:32
Dünya
16 Oktyabr 14:10
Dünya
16 Oktyabr 13:59
YAP xəbərləri
16 Oktyabr 13:26
Dünya
16 Oktyabr 13:20
YAP xəbərləri
16 Oktyabr 13:04
Gündəm
16 Oktyabr 12:56
İqtisadiyyat
16 Oktyabr 12:53
Gündəm
16 Oktyabr 12:45
Siyasət
16 Oktyabr 12:36
Sosial
16 Oktyabr 12:24
Xəbər lenti
16 Oktyabr 12:15
YAP xəbərləri
16 Oktyabr 12:12
Sosial
16 Oktyabr 11:58
Siyasət
16 Oktyabr 11:30
İqtisadiyyat
16 Oktyabr 11:19
Xəbər lenti
16 Oktyabr 11:04
İqtisadiyyat
16 Oktyabr 10:51
Siyasət
16 Oktyabr 10:45
Siyasət
16 Oktyabr 10:25
YAP xəbərləri
16 Oktyabr 10:09
Analitik
16 Oktyabr 09:42
Gündəm
16 Oktyabr 09:30
Analitik
16 Oktyabr 09:17
Sosial
16 Oktyabr 08:54
Sosial
16 Oktyabr 08:39
Gündəm
16 Oktyabr 08:12
Gündəm
16 Oktyabr 07:07
Siyasət
16 Oktyabr 07:07
16 Oktyabr 01:20
Sosial
15 Oktyabr 20:16
Gündəm
15 Oktyabr 19:59
YAP xəbərləri
15 Oktyabr 19:38
YAP xəbərləri
15 Oktyabr 19:20
YAP xəbərləri
15 Oktyabr 18:35
YAP xəbərləri
15 Oktyabr 18:13
Gündəm
15 Oktyabr 17:53
YAP xəbərləri
15 Oktyabr 17:15
YAP xəbərləri
15 Oktyabr 17:12
YAP xəbərləri
15 Oktyabr 17:11
Siyasət
15 Oktyabr 17:09
YAP xəbərləri
15 Oktyabr 17:08
YAP xəbərləri
15 Oktyabr 17:07
YAP xəbərləri
15 Oktyabr 17:06
YAP xəbərləri
15 Oktyabr 17:04
YAP xəbərləri
15 Oktyabr 17:02
YAP xəbərləri
15 Oktyabr 16:59
YAP xəbərləri
15 Oktyabr 16:52
Gündəm
15 Oktyabr 16:47
YAP xəbərləri
15 Oktyabr 16:33
YAP xəbərləri
15 Oktyabr 16:28
Dünya
15 Oktyabr 16:26
YAP xəbərləri
15 Oktyabr 16:25
15 Oktyabr 16:18
Dünya
15 Oktyabr 16:18
YAP xəbərləri
15 Oktyabr 15:59

