Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Gələn il üçün icmal büdcənin xərclərinin 3,1 faiz çox olacağı gözlənilir

Gələn il üçün icmal büdcənin xərclərinin 3,1 faiz çox olacağı gözlənilir

16.10.2026 [16:14]

2027-ci il üçün icmal büdcənin xərcləri 2026-cı ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 1 milyard 537,8 milyon manat və yaxud 3,1 faiz çox olmaqla 50 milyard 377,1 milyon manat, ortamüddətli dövrün sonuna isə 4 milyard 307,8 milyon manat və yaxud 8,8 faiz çox olmaqla 53 milyard 147,1 milyon manat proqnozlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi tərəfindən hazırlanan 2027-2030-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsində (OMXÇ) deyilir.

Bildirilir ki, eyni zamanda, 2027-ci il üzrə dövlət büdcəsinin xərcləri 42 milyard 400 milyon manat proqnozlaşdırılır, bu da 2026-cı ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 696,4 milyon manat və ya 1,7 faiz çoxdur. Ortamüddətli dövrün sonuna isə dövlət büdcəsinin xərcləri 2026-cı ilin təsdiq olunmuş büdcəsi ilə müqayisədə 2 milyard 532,9 milyon manat və yaxud 6,1 faiz çox olmaqla 44 milyard 236,5 milyon manat proqnozlaşdırılır.

2027-ci il üçün dövlət büdcəsi xərclərinin 26 milyard 400 milyon manatı və ya 62,3 faizi cari xərclərə (2026-cı illə müqayisədə 1 milyard 198,4 milyon manat və ya 4,8 faiz çox), 13 milyard 800 milyon manatı və ya 32,5 faizi əsaslı xərclərə (2026-cı illə müqayisədə 244,4 milyon manat və ya 1,7 faiz az), 2 milyard 200 milyon manatı və ya 5,2 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2026-cı illə müqayisədə 257,6 milyon manat və ya 10,5 faiz az) yönəldilməsi proqnozlaşdırılır

Dövlət büdcəsinin cari xərcləri üzrə artım əsasən sosialyönümlü xərclər hesabınadır. Cari xərclərin ortamüddətli dövrün sonuna 2026-cı ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 2 milyard 534,9 milyon manat və yaxud 10,1 faiz artımla 27 milyard 736,5 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır. Qeyd olunan artımın növbəti ortamüddətli dövrdə qeyri-neft-qaz ÜDM və qeyri-neft-qaz gəlirlərinin artım tempini üstələməyəcəyi və dövrün sonunda cari xərclərin qeyri-neft-qaz gəlirləri hesabına tam təmin olunacağı gözlənilir. Bu isə qeyri-neft gəlirlərinin artımı ilə yanaşı, cari xərclərin optimallaşdırılması hesabına mümkün olacaq.

Paylaş:
Baxılıb: 63 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Siyasət

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31