Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

16.10.2026 [20:09]

Brüsseldə Avropa Parlamenti ilə Körfəz Əməkdaşlıq Şurasına (GCC) üzv ölkələrin parlamentlərinin rəhbərlərinin görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransın yekununda tərəflər strateji əlaqələri möhkəmləndirmək və parlamentlərarası əməkdaşlığı dərinləşdirmək öhdəliyini təsdiqləyən birgə bəyanat qəbul ediblər.

Avropa Parlamentinin sədri Roberta Metsolanın rəhbərlik etdiyi tədbirdə Körfəz ölkələri ilə Avropa arasında əməkdaşlığın perspektivləri, regional təhlükəsizlik və beynəlxalq gündəlik müzakirə olunub. Diqqət Hörmüz boğazı və Qırmızı dənizdə sərbəst gəmiçiliyin təmin olunmasına, enerji təhlükəsizliyinə, Rusiya-Ukrayna müharibəsinin daha geniş təsirlərinə, xalqlararası əlaqələrə, açıq ticarətə və nəqliyyat bağlantılarına yönəlib.

R.Metsola Ər-Riyad hava limanına hücumları pisləyərək həmrəyliyini ifadə edib. O, mürəkkəb təhlükəsizlik şəraitində dialoqun davam etdirilməsi və ortaq çağırışların həllində parlament diplomatiyasının əhəmiyyətini vurğulayıb.

Avropa Parlamenti ilə GCC ölkələrinin parlament rəhbərləri arasında bu formatda ilk dəfə keçirilən konfransda Bəhreyn, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Qətərin nümayəndələri, həmçinin GCC-nin in baş katibi Casim Məhəmməd əl-Budeyvi iştirak ediblər. 1981-ci ildə yaradılmış təşkilata Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri daxildir.

Paylaş:
Baxılıb: 97 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Siyasət

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31