Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Sabirabad Peşə Liseyində "Prezident İlham Əliyevin YAP-ın VIII qurultayındakı çıxışı" barədə tədbir keçirilib

Sabirabad Peşə Liseyində "Prezident İlham Əliyevin YAP-ın VIII qurultayındakı çıxışı" barədə tədbir keçirilib

15.10.2026 [17:02]

​Bu gün Sabirabad Peşə Liseyində Yeni Azərbaycan Partiyasının sədri, cənab Prezident İlham Əliyevin YAP-ın VIII qurultayındakı tarixi çıxışının mahiyyətinə və əhəmiyyətinə həsr olunmuş tədbir keçirilib.

​Tədbir müasir müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş əziz şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

​Tədbirdə çıxış edən YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov bildirib ki, Prezident cənab İlham Əliyevin YAP-ın VIII qurultayındakı proqram xarakterli çıxışı partiyanın gələcək fəaliyyət istiqamətlərini və dövlətimizin strateji inkişaf hədəflərini müəyyən edən mühüm yol xəritəsidir. O qeyd edib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan tarixi Zəfər və işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri hər bir partiya fəalının və gənclərin üzərinə böyük məsuliyyət qoyur.

​Daha sonra çıxış edən Sabirabad Peşə Liseyinin direktoru Elçin Səmədov bildirib ki, peşə təhsili alan gənclərin milli-mənəvi dəyərlər ruhunda və vətənpərvər ruhda tərbiyə olunması təhsil müəssisəsinin əsas prioritetlərindəndir. O vurğulayıb ki, dövlət başçısının qurultaydakı tövsiyə və tapşırıqları gənclərimizin cəmiyyətdə fəal mövqe tutması və ölkənin inkişafına töhfə verməsi üçün dəyərli istiqamətdir.

​Tədbirdə çıxış edən partiya fəalları Rusif Fətəliyev, Cəmilə Atakişiyeva və Günel Ağammədova Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatındakı aparıcı rolundan, gənclərə göstərilən diqqət və qayğıdan bəhs ediblər. Natiqlər Prezident cənab İlham Əliyevin siyasi kursunu həmişəki kimi bundan sonra da fəal şəkildə dəstəkləyəcəklərini və qarşıya qoyulan vəzifələrin icrasında yaxından iştirak edəcəklərini diqqətə çatdırıblar.

Paylaş:
Baxılıb: 48 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədalət, yoxsa tamaşa?

15 Oktyabr 10:03  

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31