Məktəb qaydaları – təhsilin keyfiyyətinə və milli-mənəvi dəyərlərə xidmət edən amil
15.10.2026 [18:35]
Cəmiyyətin inkişafı, dövlətin gələcəyi və milli dəyərlərin yaşadılması ilk növbədə yetişən nəslin dünyagörüşündən, təlim-tərbiyəsindən və mənəvi keyfiyyətlərindən asılıdır. Bu baxımdan məktəb yalnız elmi biliklərin öyrədildiyi müəssisə deyil, həm də şəxsiyyətin formalaşdığı, davranış mədəniyyətinin və ictimai məsuliyyətin aşılandığı mühüm tərbiyə ocağıdır. Məktəb mühitində müəyyən edilmiş qaydalara əməl olunması isə bu məqsədlərin həyata keçirilməsinin vacib şərtlərindəndir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında ideoloji təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirməsi təhsil sisteminin üzərinə düşən vəzifələrin aktuallığını artırır. Müasir informasiya məkanında müxtəlif ideoloji təsirlərin gücləndiyi bir şəraitdə gənclərin milli kimliyə bağlı, müstəqil düşüncəli və vətənpərvər ruhda yetişdirilməsi strateji əhəmiyyət daşıyır. Bu prosesdə məktəbin, müəllimin və ailənin üzərinə mühüm məsuliyyət düşür.
Ümumi təhsil müəssisələrində şagirdlərin vahid geyim formasına riayət etməsi məktəb mühitində nizamın qorunmasına, bərabər münasibətlərin möhkəmlənməsinə və tədris prosesinə diqqətin artırılmasına şərait yaradır. Geyimin dəbə, qiymətə və ailənin maddi imkanlarına görə fərqlənməsinin ön plana çıxmaması uşaqlar arasında sağlam münasibətlərin formalaşmasına kömək edir. Məktəbli forması həm də təhsilalanlara ümumi qaydalara hörmət etməyin və kollektivin bir üzvü kimi məsuliyyət daşımağın əhəmiyyətini aşılayır.
Müəllimin geyimi də onun peşəkar mövqeyini və təhsil müəssisəsinin nüfuzunu əks etdirən amillərdəndir. Səliqəli və işgüzar görünüş müəllimin nümunəvi davranışını tamamlayır, şagirdlərdə məktəbə və təlim prosesinə ciddi münasibət formalaşdırır. Bu səbəbdən təhsilverənlər üçün müəyyən edilən geyim tələbləri məktəbdə vahid işgüzar mühitin yaradılmasına və pedaqoji fəaliyyətin xüsusiyyətlərinə uyğun şəraitin təmin edilməsinə xidmət edir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 21 sentyabr tarixli 309 nömrəli və 6 oktyabr tarixli 325 nömrəli qərarları təhsilalanların və təhsilverənlərin geyiminə dair müvafiq qaydaları müəyyənləşdirir. Bu tələblərin məqsədi təhsil müəssisələrində təşkilati ardıcıllığı təmin etmək, məktəbdaxili intizamı möhkəmləndirmək və təhsil prosesinin xüsusiyyətlərinə uyğun geyim mədəniyyəti formalaşdırmaqdır. Qaydalara məsuliyyətlə yanaşılması həm məktəb rəhbərliyinin, həm müəllimlərin, həm də valideynlərin ortaq vəzifəsidir.
Digər mühüm məsələ ümumi təhsilin dünyəvi xarakterinin qorunmasıdır. Azərbaycan qanunvericiliyində təsbit edilmiş millilik və dünyəvilik prinsipləri təhsilin milli-mənəvi irsə bağlılıqla yanaşı, müasir və ümumbəşəri dəyərlər əsasında inkişafını nəzərdə tutur. Dünyəvi təhsil uşaqların hərtərəfli bilik qazanmasına, müxtəlif təsirlər qarşısında sağlam mövqe formalaşdırmasına və gələcək həyatlarına müstəqil şəkildə hazırlaşmasına imkan yaradır. Burada əsas məqsəd şagirdlərin hüquqlarını qorumaq, onlar üçün vahid təhsil mühiti yaratmaq və təlim-tərbiyə prosesinin səmərəliliyini artırmaqdır.
Azərbaycan dövləti milli-mənəvi irsin qorunmasına, dini abidələrin bərpasına, dini icmaların fəaliyyətinə və tolerantlıq ənənələrinin yaşadılmasına daim diqqət göstərir. Ölkəmizdə müxtəlif inanclara hörmət və qarşılıqlı anlaşma mühiti dünyəvi dövlətçilik prinsipləri ilə uzlaşır. Bu dəyərlərin gələcək nəsillərə düzgün çatdırılması üçün təhsil müəssisələrində qanunlara hörmət, qarşılıqlı ehtiram və məsuliyyət mədəniyyəti ardıcıl şəkildə təşviq edilməlidir.
Məktəblərdə geyim qaydalarına riayət edilməsi daha geniş məqsədin — intizamlı, bilikli, milli dəyərlərinə bağlı və müasir düşüncəli nəslin yetişdirilməsinin bir hissəsidir. Dövlətin müəyyən etdiyi tələblərin düzgün tətbiqi, valideynlərin dəstəyi və müəllimlərin şəxsi nümunəsi sağlam məktəb mühitinin əsasını təşkil edir. Güclü təhsil mühiti isə güclü cəmiyyətin, etibarlı gələcəyin və milli inkişafın mühüm təminatıdır.
Turac İbrahimova
YAP Kəngərli rayon təşkilatının fəalı
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
15 Oktyabr 19:38
YAP xəbərləri
15 Oktyabr 19:20
YAP xəbərləri
15 Oktyabr 18:35
YAP xəbərləri
15 Oktyabr 18:13
YAP xəbərləri
15 Oktyabr 17:15
YAP xəbərləri
15 Oktyabr 17:12
YAP xəbərləri
15 Oktyabr 17:11
YAP xəbərləri
15 Oktyabr 17:08
YAP xəbərləri
15 Oktyabr 17:07
YAP xəbərləri
15 Oktyabr 17:06
YAP xəbərləri
15 Oktyabr 17:04
YAP xəbərləri
15 Oktyabr 17:02
YAP xəbərləri
15 Oktyabr 16:59
Gündəm
15 Oktyabr 16:53
YAP xəbərləri
15 Oktyabr 16:52
YAP xəbərləri
15 Oktyabr 16:33
YAP xəbərləri
15 Oktyabr 16:28
Dünya
15 Oktyabr 16:26
YAP xəbərləri
15 Oktyabr 16:25
15 Oktyabr 16:18
Dünya
15 Oktyabr 16:18
YAP xəbərləri
15 Oktyabr 15:59
YAP xəbərləri
15 Oktyabr 15:53
Siyasət
15 Oktyabr 14:50
Dünya
15 Oktyabr 14:14
Dünya
15 Oktyabr 13:12
Dünya
15 Oktyabr 12:10
Siyasət
15 Oktyabr 11:21
Siyasət
15 Oktyabr 11:11
YAP xəbərləri
15 Oktyabr 11:08
Siyasət
15 Oktyabr 10:44
Sosial
15 Oktyabr 10:32
Sosial
15 Oktyabr 10:28
Sosial
15 Oktyabr 10:13
İqtisadiyyat
15 Oktyabr 10:10
Sosial
15 Oktyabr 10:03
Dünya
15 Oktyabr 09:53
Sosial
15 Oktyabr 09:49
Sosial
15 Oktyabr 09:41
Dünya
15 Oktyabr 09:34
Siyasət
15 Oktyabr 09:33
Siyasət
15 Oktyabr 09:32
Gündəm
14 Oktyabr 23:11
Gündəm
14 Oktyabr 22:10
Gündəm
14 Oktyabr 21:43
YAP xəbərləri
14 Oktyabr 19:54
Gündəm
14 Oktyabr 19:46
Gündəm
14 Oktyabr 19:40
Gündəm
14 Oktyabr 19:31
Gündəm
14 Oktyabr 19:29
Gündəm
14 Oktyabr 19:17
YAP xəbərləri
14 Oktyabr 18:51
Dünya
14 Oktyabr 18:45
Elm
14 Oktyabr 17:52
Dünya
14 Oktyabr 16:51
Dünya
14 Oktyabr 15:47
YAP xəbərləri
14 Oktyabr 15:35
Mədəniyyət
14 Oktyabr 15:23
Sosial
14 Oktyabr 15:21
Siyasət
14 Oktyabr 15:20
Siyasət
14 Oktyabr 15:19
Siyasət
14 Oktyabr 15:18
Sosial
14 Oktyabr 15:08
Sosial
14 Oktyabr 15:08
İqtisadiyyat
14 Oktyabr 15:07
Sosial
14 Oktyabr 15:06
YAP xəbərləri
14 Oktyabr 15:04
YAP xəbərləri
14 Oktyabr 14:49
MEDİA
14 Oktyabr 13:46
İdman
14 Oktyabr 13:44

