Azərbaycan Tibb Universitetində YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
15.10.2026 [19:20]
Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının A.Bakıxanov küçəsi 23 ünvanı (Azərbaycan Tibb Universiteti) üzrə ərazi partiya təşkilatında Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin partiyanın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqindən irəli gələn vəzifələrə həsr olunmuş tədbir keçirilib.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Giriş sözü ilə çıxış edən YAP Nəsimi rayon təşkilatının A.Bakıxanov küçəsi 23 ünvanı üzrə ərazi partiya təşkilatının sədri, professor Sabir Əliyev VIII Qurultayın siyasi və tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, qurultayın Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunduğu yeni tarixi mərhələdə keçirilməsi ona xüsusi əhəmiyyət qazandırır.
Sabir Əliyev vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin qazandığı tarixi nailiyyətlər bu siyasətin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsinin nəticəsidir. Onun sözlərinə görə, qurultayda qarşıya qoyulan vəzifələr hər bir partiya üzvünün üzərinə mühüm məsuliyyət qoyur. Dövlətçilik prinsiplərinin qorunması, cəmiyyətlə əlaqələrin gücləndirilməsi, vətəndaş müraciətlərinə həssas yanaşılması və ölkənin gələcək inkişafına töhfə verilməsi bu istiqamətdə əsas prioritetlərdəndir.
YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov çıxışında Prezident İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi fikirlərin ölkənin gələcək inkişafı və partiyanın qarşısında duran vəzifələr baxımından əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik siyasətinin uğurla davam etdirilməsi Azərbaycanın əldə etdiyi nailiyyətlərin qorunmasına və daha da möhkəmləndirilməsinə xidmət edir.
ATU-nun rektoru, professor Gəray Gəraybəyli çıxışında tarixi yaddaşın qorunmasının və keçmişin dərslərindən nəticə çıxarılmasının vacibliyini diqqətə çatdırıb. Qeyd edib ki, universitetdə bu tarixi zalda əhəmiyyətli siyasi tədbirlərin keçirilməsi keçmişə ehtiramın və tarixi yaddaşın yaşadılmasının ifadəsidir.
Rektor YAP-ın VIII Qurultayının Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğu şəraitdə keçirilməsini tarixi hadisə kimi səciyyələndirib. O bildirib ki, Azərbaycanın bugünkü inkişafını Ümummilli Lider Heydər Əliyevin siyasi irsindən ayrı təsəvvür etmək mümkün deyil. Müstəqilliyimizin ilk illərində ölkəmizin üzləşdiyi çətinlikləri xatırladan Gəray Gəraybəyli dövlətçilik tariximizin unudulmamasının, xüsusilə gənc nəslin bu tarixi dərindən öyrənməsinin əhəmiyyətini vurğulayıb.
Ölkəmizin beynəlxalq nüfuzunun artmasına, müstəqil siyasət yürütməsinə və müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlərə toxunan rektor 44 günlük Vətən müharibəsi zamanı nümayiş etdirilən xalq-iqtidar birliyinin əhəmiyyətini qeyd edib. Bildirib ki, bu birlik ölkənin gələcək inkişafı və müstəqilliyimizin möhkəmləndirilməsi baxımından mühüm amildir.
Universitetin əsas missiyasının yüksək ixtisaslı mütəxəssislər hazırlamaq olduğunu vurğulayan Gəray Gəraybəyli professor-müəllim heyətinin, rezidentlərin və tələbələrin üzərinə düşən məsuliyyətdən danışıb. O qeyd edib ki, ölkənin gələcək uğurları gənclərin keyfiyyətli təhsil almasından, elmi potensialının inkişafından və cəmiyyətin tərəqqisinə töhfə verməsindən də asılıdır. Rektor ATU kollektivinin dövlətçilik prinsiplərinə və ölkənin inkişaf strategiyasına sadiqliyinin bundan sonra da davam edəcəyinə əminliyini ifadə edib.
ATU-nun Epidemiologiya və tibbi statistika kafedrasının müdiri, professor İbadulla Ağayev çıxışında ölkədə həyata keçirilən inkişaf siyasətinə və səhiyyə sahəsində görülən işlərə toxunub. O, son illərdə tibb müəssisələrinin təmiri və ailə sağlamlıq mərkəzlərinin yaradılması istiqamətində görülən işləri qeyd edərək, səhiyyənin inkişafının əhalinin sağlamlığının qorunması baxımından əhəmiyyətini vurğulayıb.
ATU-nun II Müalicə-profilaktika fakültəsinin tələbə-dekanı Eldar Baxşəliyev isə çıxışını gənclər siyasətinə, təhsilin və biliklərin müasir cəmiyyətin inkişafındakı roluna həsr edib. O bildirib ki, gənclər yalnız ölkənin gələcəyi deyil, həm də onun bugünkü inkişafının, intellektual potensialının və ictimai həyatının mühüm qüvvəsidir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun davam etdirildiyini vurğulayıb.
Eldar Baxşəliyev qeyd edib ki, müasir dünyada dövlətlərin gücü yalnız iqtisadi və hərbi imkanlarla deyil, həm də insan kapitalı, elmi potensial və innovasiya qabiliyyəti ilə müəyyən olunur. Bu baxımdan tələbələr universitetdə qazandıqları biliklərlə kifayətlənməməli, daim öyrənməli, araşdırmalı, tənqidi düşünmə bacarıqlarını inkişaf etdirməli və əldə etdikləri bilikləri cəmiyyətin tərəqqisinə yönəltməlidirlər.
O, gənclərin xarici dilləri öyrənməsinin, müasir texnologiyalardan səmərəli istifadə etməsinin vacibliyini diqqətə çatdırıb. Bununla yanaşı, ana dilinə, milli-mənəvi dəyərlərə, tarixə və mədəniyyətə bağlılığın qorunmasının əhəmiyyətini vurğulayıb.
Tədbirdə səsləndirilən fikirlərdə Azərbaycanın əldə etdiyi nailiyyətlərin ardıcıl və məqsədyönlü siyasətin nəticəsi olduğu qeyd edilib. Bildirilib ki, ölkənin gələcək inkişafında gənc nəslin fəallığı, geniş dünyagörüşü, bilik və bacarıqları mühüm rol oynayır. Qurultaydan irəli gələn vəzifələrin həyata keçirilməsində partiya üzvlərinin fəallığının artırılmasının, cəmiyyətlə əlaqələrin gücləndirilməsinin və dövlətçilik prinsiplərinə sədaqətin vacibliyi vurğulanıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
15 Oktyabr 19:38
YAP xəbərləri
15 Oktyabr 19:20
YAP xəbərləri
15 Oktyabr 18:35
YAP xəbərləri
15 Oktyabr 18:13
YAP xəbərləri
15 Oktyabr 17:15
YAP xəbərləri
15 Oktyabr 17:12
YAP xəbərləri
15 Oktyabr 17:11
YAP xəbərləri
15 Oktyabr 17:08
YAP xəbərləri
15 Oktyabr 17:07
YAP xəbərləri
15 Oktyabr 17:06
YAP xəbərləri
15 Oktyabr 17:04
YAP xəbərləri
15 Oktyabr 17:02
YAP xəbərləri
15 Oktyabr 16:59
Gündəm
15 Oktyabr 16:53
YAP xəbərləri
15 Oktyabr 16:52
YAP xəbərləri
15 Oktyabr 16:33
YAP xəbərləri
15 Oktyabr 16:28
Dünya
15 Oktyabr 16:26
YAP xəbərləri
15 Oktyabr 16:25
15 Oktyabr 16:18
Dünya
15 Oktyabr 16:18
YAP xəbərləri
15 Oktyabr 15:59
YAP xəbərləri
15 Oktyabr 15:53
Siyasət
15 Oktyabr 14:50
Dünya
15 Oktyabr 14:14
Dünya
15 Oktyabr 13:12
Dünya
15 Oktyabr 12:10
Siyasət
15 Oktyabr 11:21
Siyasət
15 Oktyabr 11:11
YAP xəbərləri
15 Oktyabr 11:08
Siyasət
15 Oktyabr 10:44
Sosial
15 Oktyabr 10:32
Sosial
15 Oktyabr 10:28
Sosial
15 Oktyabr 10:13
İqtisadiyyat
15 Oktyabr 10:10
Sosial
15 Oktyabr 10:03
Dünya
15 Oktyabr 09:53
Sosial
15 Oktyabr 09:49
Sosial
15 Oktyabr 09:41
Dünya
15 Oktyabr 09:34
Siyasət
15 Oktyabr 09:33
Siyasət
15 Oktyabr 09:32
Gündəm
14 Oktyabr 23:11
Gündəm
14 Oktyabr 22:10
Gündəm
14 Oktyabr 21:43
YAP xəbərləri
14 Oktyabr 19:54
Gündəm
14 Oktyabr 19:46
Gündəm
14 Oktyabr 19:40
Gündəm
14 Oktyabr 19:31
Gündəm
14 Oktyabr 19:29
Gündəm
14 Oktyabr 19:17
YAP xəbərləri
14 Oktyabr 18:51
Dünya
14 Oktyabr 18:45
Elm
14 Oktyabr 17:52
Dünya
14 Oktyabr 16:51
Dünya
14 Oktyabr 15:47
YAP xəbərləri
14 Oktyabr 15:35
Mədəniyyət
14 Oktyabr 15:23
Sosial
14 Oktyabr 15:21
Siyasət
14 Oktyabr 15:20
Siyasət
14 Oktyabr 15:19
Siyasət
14 Oktyabr 15:18
Sosial
14 Oktyabr 15:08
Sosial
14 Oktyabr 15:08
İqtisadiyyat
14 Oktyabr 15:07
Sosial
14 Oktyabr 15:06
YAP xəbərləri
14 Oktyabr 15:04
YAP xəbərləri
14 Oktyabr 14:49
MEDİA
14 Oktyabr 13:46
İdman
14 Oktyabr 13:44

