Avrasiyanın aparıcı güc mərkəzlərinin “heartland” mübarizəsi - Ukrayna savaşı
12.03.2014 [09:31]
Ukraynaya hakim olan Şərqi Avropaya hakim olacaq, Şərqi Avropada üstünlük əldə edən Avrasiyada üstünlük qazanacaq, Avrasiyanı idarə edən isə dünyanı idarə edəcək
Dünya siyasətində Avrasiya geosiyasi məkanında hər zaman nəhəng aktorlar arasında konfrantasiya və qütbləşmə meyilləri, eləcə də, ciddi fikir ayrılıqları mövcud olub. Xüsusilə də, Qərb və Rusiya Avrasiya kimi geostrateji baxımdan mühüm əhəmiyyət kəsb edən bölgədə möhkəmlənmək, strateji dividendlər əldə etmək üçün güclü mübarizə aparıblar. Bu kontekstdə zaman-zaman real qarşıdurmalar, hətta regional miqyaslı müharibələr belə meydana çıxıb. Bu cür mübarizə halları son olaraq Mərkəzi Asiya, Yaxın Şərq və Şərqi Avropa məkanlarında müşahidə olunub.
Qərb Yaxın Şərq savaşında Avrasiyanın yeni “heartland”ını formalaşdıra bilmədi
Yaxın Şərq hadisələri zamanı Rusiya və Qərbin qarşı-qarşıya gəldiyi son strateji cəbhə Suriya oldu. Rusiyanın bölgədəki sonuncu strateji qalası olan Suriyadakı mübarizə tərəflərin dünya siyasətindəki mövqeyinə əhəmiyyətli təsir edəcəkdi. Məhz buna görə də, Qərb Suriyanı neytrallaşdırmaqla Rusiyanı “oyundankənar vəziyyət”ə salmağa çalışdı. Qərbin əsas məqsədi Avrasiyanın yeni “heartland”ını (dünyanın qəlbi-idarəetmə mərkəzi) formalaşdırmaq idi. Qərb strateqlərinin mövqeyi o idi ki, Suriyanın neytrallaşdırılması ilə Yaxın Şərqdə strateji nəzarətin tamamilə ələ alınması Avrasiya hegemoniyasına əhəmiyyətli bir yol açacaq. Lakin hadisələrin gedişatı Qərbin bu məqsədə nail olmasına imkan vermədi. Yəni, Qərb Yaxın Şərq savaşında Avrasiyanın yeni “heartland”ını formalaşdıra bilmədi...
Avrasiya hegemonluğu uğrunda yeni mübarizə Şərqi Avropadan başladı
Beləliklə, Avrasiya hegemonluğu uğrunda yeni mübarizə Şərqi Avropadan başladı. Geostrateji mübarizənin yeni cəbhəsi məhz Ukrayna oldu. “Maydan” hadisələri Viktor Yanukoviçin öz postundan uzaqlaşması, Krım olayları ilə davam etdi... Hazırda Ukrayna ictimai-siyasi xaosla müşayiət olunan qarşıdurma ərəfəsindədir...
“Heartland” mübarizəsinin platsdarmı rolunda isə niyə məhz Ukraynanın çıxış etməsini anlamaq üçün bir sıra məsələlərə xüsusi olaraq toxunmaq gərəkdir.
Avrasiya imperatorluğuna gedən yol “heartland”dan keçir
Əvvəla vurğulamaq gərəkdir ki, Ukrayna dünyanın aparıcı dövlətlərinin strateji planlarında yer alan önəmli aktorların öncüllərindəndir. Həm təbii-coğrafi və siyasi sərhədlərinə, həm iqtisadi-siyasi resurslarına və təsir mexanizmlərinə, həm də strateji önəminə görə Ukrayna qlobal aktorlar üçün yeni dünya düzəninin əsas konturlarını cızmaq iqtidarında olan ölkələrdəndir. Geosiyasi baxımdan “heartland” önəmi kəsb edən Avrasiyada möhkəmlənmək üçün dünyanı idarə edən güclər Ukraynanı uzunmüddətli strateji tərəfdaşa çevirmək uğrunda gərgin mübarizə aparırlar. Daha dəqiqləşdirsək, Kiyev Qərb və Rusiyanın geostrateji savaşının platsdarmını təşkil edir. Deyilənləri təsdiqləmək üçün Kiyevin Qərb və Rusiya üçün kəsb etdiyi önəmin əsaslarını sadalamaq məqbuldur...
Ukrayna Rusiyanın Avrasiya imperatorluğuna gedən yoludur
Avropa ilə Asiyanı birləşdirən Ukrayna Moskva üçün Avropa və Qara dənizdə möhkəmlənmək baxımından əhəmiyyətli strateji limandır. Xəzər-Qara-Baltik dənizi hövzəsində strateji balans və təhlükəsizlik sistemi formalaşdırmaq, bu bölgədə əks-güclərin-Qərbin mövqeyini “sındırmaq”, eləcə də, Şərqi Avropaya doğru nüfuz-təsir dairəsini genişləndirmək baxımından Kiyev faktoru Kreml üçün birbaşa lokomotiv önəmi kəsb edir. Belə ki, Qara dənizdə möhkəmlənmək baxımından strateji balans yaradan ölkələrdən biri məhz Ukrayna, digərləri isə Rusiya və Türkiyədir. Moskva Kiyevi özünün tərəfdaşına çevirməyə çalışmaqla (yaxud tərəfdaşı kimi saxlamaqla) Qara dənizdə və dənizaşırı ərazilərdə böyük ölçüdə nəzarəti öz əlinə almağa çalışır. Bir sözlə, Ukraynasız Rusiya Avrasiya imperatorluğunu qura bilməz. Moskva bu amili yaxşı dərk edir və müxtəlif vasitələrlə Kiyevi özünün “təhlükəsizlik çətiri”nin altına salmağa cəhd göstərir.
Avropanın Rusiyadan müdafiə səddi...
Qərb isə Ukrayna kimi lokomotiv aktordan asanlıqla vaz keçməyəcək. Çünki ABŞ-ın Ukrayna ilə təmasları zəiflətməsi Rusiyanın Qara dəniz və Şərqi Avropada mövqeyinin olduqca möhkəmlənməsinə və Qərbin Moskva tərəfindən tədricən regiondan sıxışdırılmasına səbəb olacaq. Çünki Ukrayna Avropa üçün Rusiyadan “müdafiə divarı” olmaqla yanaşı, Avroatlantik məkanın təhlükəsizlik sistemində də önəmli ölkələrdən biridir.
Onu da qeyd etmək lazımdır ki, bir müddət öncəyə qədər Avropa, başqa sözlə, Qərb Ukraynanı öz orbitinə çəkməklə müəyyən avantajlar əldə etmişdi. Polşanın Avropa İttifaqının (Aİ) üzvü olması, eləcə də, Bolqarıstanla Rumıniyanın Aİ ilə münasibətlərinin olduqca sıxlaşması Kiyevi Avropa İttifaqının “qonşu”suna çevirmişdi. Qısacası, Qərb keçmiş Yuqoslaviya ilə başlatdığı və Gürcüstan, Qırğızıstan kimi ölkələrlə davam etdirdiyi “narıncı inqilab”lar silsiləsi vasitəsilə Qərbləşdirmə strategiyasını Ukrayna üzərində də uğurla tətbiq etmişdi. Amma hadisələrin sonrakı axarına nəzarəti əldən verən Qərb strateji savaşın Ukrayna cəbhəsində Moskvanın diplomatik zərbələrinə duruş gətirə bilməmiş və Ukraynanın perspektiv geostrateji statusunu Rusiyaya “qaytarmışdı”. Amma Qərb bununla razılaşmadı və Şərqi Avropanın strateji qalası uğrunda mübarizəni davam etdirdi... Məhz Qərblə Rusiya arasındakı hazırkı qarşıdurma Ukraynanın geostrateji statusunu ələ keçirmək uğrunda cərəyan edir.
Ukrayna geosiyasi transformasiya ərəfəsində...
Beləliklə, baş verən son olaylar deməyə əsas verir ki, Ukraynada yeni siyasi dönəm başlayır. Bir müddət öncə Qərb və Rusiya dilemması qarşısında ictimai-siyasi böhrana sürüklənən bu ölkə hazırda geosiyasi transformasiya ərəfəsindədir. Bu mübarizədən qalib çıxan güc mərkəzi Avrasiya hegemonluğu yolunda əhəmiyyətli bir addım qət edəcək, desək, yanılmarıq. Şübhəsiz, mühüm geostrateji məntəqə olan Ukrayna ətrafında aparılan mübarizə bununla bitməyəcək. Başqa sözlə, geosiyasi baxımdan “heartland” önəmi kəsb edən Avrasiyada möhkəmlənmək üçün dünyanı idarə edən güclər Ukraynanı uzunmüddətli strateji tərəfdaşa çevirmək uğrunda gərgin mübarizələrini davam etdirəcəklər. Təsadüfi deyil ki, geostrateji planlarda ifadə edilən “Ukraynaya hakim olan Şərqi Avropaya hakim olacaq, Şərqi Avropada üstünlük əldə edən Avrasiyada üstünlük qazanacaq, Avrasiyanı idarə edən isə dünyanı idarə edəcək” strateji prinsip nəhəng aktorların fəaliyyət mexanizminin əsasını təşkil edir.
Ukrayna savaşı uzunmüddətli perspektivdə tərəflərdən hər hansı birinin mütləq qələbəsi ilə başa çatmayacaq
Dolayısıyla, dünya yeni geosiyasi şərait və zərurət qarşısındadır. Çünki Ukraynada baş verən məlum proseslərdən sonra ölkənin siyasi tarixində yeni bir səhifə açılmaqdadır. Bütün dünyanın böyük həssaslıqla izlədiyi hadisələr gərgin mübarizə və mübahisələrə səbəb olmaqla yanaşı, dünyanın yenidən nizamlanması prosesində bu ölkənin yeni siyasi yönümünü də müəyyən edəcək.
Bəs Ukraynanın perspektiv durumu, mövqeyi və geosiyasi statusu necə olacaq? Hazırkı hadisələrin fonunda belə bir proqnoz vermək olar ki, Ukrayna savaşı uzunmüddətli perspektivdə tərəflərdən hər hansı birinin mütləq qələbəsi ilə başa çatmayacaq. Bir sözlə, Ukraynanı uzunmüddətli geostrateji mübarizə dalğası gözləyir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12
YAP xəbərləri
12 Yanvar 23:07
Hadisə
12 Yanvar 22:58
YAP xəbərləri
12 Yanvar 22:32
Sosial
12 Yanvar 22:17
Dünya
12 Yanvar 21:46
Dünya
12 Yanvar 21:20
YAP xəbərləri
12 Yanvar 21:19
Dünya
12 Yanvar 20:52
YAP xəbərləri
12 Yanvar 20:46
YAP xəbərləri
12 Yanvar 20:37

