Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Britaniya hökuməti uşaqların rəqəmsal texnologiyalardan istifadəsinə dair təlimat hazırlayır

Britaniya hökuməti uşaqların rəqəmsal texnologiyalardan istifadəsinə dair təlimat hazırlayır

08.06.2026 [22:31]

Böyük Britaniya hökuməti uşaqların ekran qarşısında keçirdiyi vaxtla bağlı ilk dəfə rəsmi tövsiyələr hazırlamağa başlayıb.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, hökumət bu məqsədlə üç həftəlik ictimai məsləhətləşmə prosesinə start verib. Toplanacaq rəylər əsasında payız aylarında 5–16 yaşlı uşaqların valideynləri üçün nəzərdə tutulmuş yeni təlimat dərc olunacaq.

Təlimatda uşaqların gündə nə qədər ekran qarşısında olmasının məqsədəuyğunluğu, ilk smartfonun hansı yaşda alınmasına dair tövsiyə, həmçinin texnologiyadan məktəblərdə istifadə qaydaları ilə bağlı praktik məsləhətlərin yer alacağı gözlənilir.

Böyük Britaniyanın təhsil naziri Bridcet Fillipson bildirib ki, valideynlər etibar edə biləcəkləri aydın və praktik dəstəyə layiqdirlər. Onun sözlərinə görə, yeni təlimat ailələrə uşaqların rəqəmsal texnologiyalardan təhlükəsiz və balanslı istifadəsinə dair daha dolğun məlumat verəcək.

Paylaş:
Baxılıb: 83 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30