Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Tramp: İranla bağlı razılaşma hələ yekunlaşmayıb

Tramp: İranla bağlı razılaşma hələ yekunlaşmayıb

25.05.2026 [08:50]

ABŞ Prezidenti Donald Tramp İranla bağlı mümkün razılaşmanın hələ tam şəkildə yekunlaşdırılmadığını bəyan edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Amerika lideri “Truth Social” hesabında paylaşım edib.

“Əgər İranla razılaşma əldə etsəm, bu, yaxşı və düzgün razılaşma olacaq. Bu, Barak Obama administrasiyasının bağladığı saziş kimi olmayacaq. Həmin razılaşma İrana böyük həcmdə maliyyə vəsaiti qazandırdı və onun nüvə silahı əldə etməsinə şərait yaratdı”, – deyə Tramp bildirib.

ABŞ Prezidenti əlavə edib ki, hazırda müzakirə olunan saziş əvvəlki razılaşmadan tamamilə fərqlənir.

“Bizim müqaviləmiz bunun tam əksidir. Lakin hələ heç kim onu görməyib, heç kim onun mahiyyətini bilmir. Saziş hələ yekunlaşdırılmayıb. Buna görə də mahiyyətindən xəbərsiz olduqları məsələni tənqid edən uğursuz şəxslərə qulaq asmayın. Məndən əvvəl hakimiyyətdə olan və bu problemi illər öncə həll etməli şəxslərdən fərqli olaraq, mən pis razılaşmalar bağlamıram”, – deyə o vurğulayıb.

Paylaş:
Baxılıb: 80 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31