Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Britaniya müdafiə sənayesində kadr potensialını artırmaq üçün 182 milyon funt ayırır

Britaniya müdafiə sənayesində kadr potensialını artırmaq üçün 182 milyon funt ayırır

07.09.2025 [20:33]

Böyük Britaniya hökuməti ölkənin müdafiə sahəsində kadr potensialını gücləndirmək üçün yeni təhsil təşəbbüsü elan edib.

AZƏRTAC “Independent”ə istinadla xəbər verir ki, yeni müdafiə sənaye strategiyası çərçivəsində 182 milyon funt sterlinq dəyərində maliyyə paketi ayrılacaq. Bu təşəbbüs beş yeni texniki mükəmməllik kollecinin yaradılmasını, qısamüddətli ixtisas kurslarını və məktəblilər üçün STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) proqramlarını əhatə edəcək. Müdafiə Nazirliyi bildirib ki, bu strategiya gənclər üçün yeni imkanlar yaradacaq, həmçinin veteranların da məşğulluğa inteqrasiyasına dəstək verəcək.

Qeyd edək ki, bu addım keçmiş NATO rəhbərliyinin Britaniyanın silahlı münaqişəyə hazır olmadığı barədə xəbərdarlıqlarından sonra atılıb.

Paylaş:
Baxılıb: 553 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Sosial

Gündəm

Bişkek görüşü...

02 Sentyabr 11:36  

İqtisadiyyat

Gündəm

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30