Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Çin hərbi paradda ilk dəfə nüvə triadasını nümayiş etdirib

Çin hərbi paradda ilk dəfə nüvə triadasını nümayiş etdirib

03.09.2025 [20:17]

Pekində çərşənbə günü, sentyabrın 3-də keçirilən, yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş hərbi paradda ilk dəfə bu ölkənin nüvə triadası - quruda, dənizdə və havada yerləşən strateji raketlər nümayiş etdirilib.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, triadaya “JingLei-1” hava əsaslı uzaqmənzilli raket, “JuLang-3” sualtı qayıqdan buraxılan qitələrarası raket, “DongFeng-61” quru əsaslı qitələrarası raket və yeni tip “DongFeng-31” quruda yerləşən qitələrarası raket daxildir.

Qeyd olunub ki, nüvə triadası ölkənin suverenliyini və millətin ləyaqətini qorumaq üçün Çinin strateji prioritet daşıyan gücüdür.

Paylaş:
Baxılıb: 538 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30