/ / Almaniyada məktəblərdə miqrant mənşəli uşaqlar üçün kvotanın tətbiqi təklifi müzakirələrə səbəb olub
Almaniyada məktəblərdə miqrant mənşəli uşaqlar üçün kvotanın tətbiqi təklifi müzakirələrə səbəb olub
05.07.2025 [11:50]
Almaniyada məktəblərdə miqrasiya mənşəli şagirdlərin sayının məhdudlaşdırılması – kvotanın tətbiqi ilə bağlı təklif ictimai və siyasi dairələrdə geniş müzakirələrə səbəb olub.
AZƏRTAC “Tagesschau” xəbər xidmərinə istinadla bildirir ki, Xristian Demokratlar Partiyasından (CDU) olan təhsil naziri Karin Prien "Welt” televiziyasında yayımlanan proqramların birində məktəblərdə miqrasiya mənşəli uşaqlar üçün kvota ideyasını “mümkün model” kimi dəyərləndirib. Digər ölkələrin, xüsusilə Danimarkanın bu sahədəki təcrübəsinə baxılmasının məqsədəuyğun olduğunu vurğulayıb.
K.Prien uşaqların məktəbə başlamazdan əvvəl alman dilini bilmələrinin əsas şərt olduğunu bildirib. O, eyni zamanda, yalnız miqrasiya mənşəli ailələrin deyil, Almaniyada uzun illərdir yaşayan ailələrin də övladlarında təhsil və davranış problemlərinin müşahidə olunduğunu qeyd edərək, valideynləri övladlarının təhsilində daha aktiv rol oynamağa çağırıb: “Təhsil və tərbiyə həm valideynlərin, həm məktəbin, həm də uşaq bağçaları kimi digər qurumların ortaq vəzifəsidir”.
Almaniya hökumətinin inteqrasiya üzrə nümayəndəsi, Sosial Demokrat Partiyasının (SPD) üzvü Natali Pavlik isə təklifi tənqid edərək, ölkədə məktəblərdə kvotaya ehtiyac olmadığını bildirib. O, Almaniyanın mənşəyindən asılı olmayaraq, bütün uşaqlara keyfiyyətli təhsil imkanları yaratmalı olduğunu vurğulayıb və dil biliklərinin vacibliyini qeyd edib.
Almaniya Müəllimlər Birliyinin sədri Stefan Düll də bu fikrə ehtiyatla yanaşaraq, kvota ideyasının nəzəri baxımdan başadüşülən olduğunu, lakin praktikada həyata keçirilməsinin ciddi çətinliklər doğuracağını bildirib. O, bəzi bölgələrdə almanca ana dili olmayan uşaqların üstünlük təşkil etdiyini və bu şəraitdə onların alman dilini praktikada öyrənmək imkanlarının azaldığını diqqətə çatdırıb.
Qeyd edək ki, Almaniyada təhsil və uşaq bağçaları əyalətlərin səlahiyyətində olduğundan, federal hökumət istər miqrant kvotaları, istərsə də məcburi dil testləri məsələsində vahid qaydalar təyin edə bilmir. Bu tədbirlər yalnız əyalətlər tərəfindən ayrılıqda, yaxud da əyalətlər ortaq bir yanaşma üzərində razılığa gəldiyi təqdirdə həyata keçirilə bilər.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10

