Avropa növbəti qarşıdakı on ildə müdafiə sahəsinə 14 trilyon avro ayırmağa hazırdır
25.06.2025 [19:50]
“Bloomberg” agentliyi xəbər verir ki, qarşıdakı onillikdə Avropa müdafiə və əlaqəli infrastruktura 14 trilyon avroya qədər vəsait xərcləyə və bununla da özəl kapital üçün geniş imkanlar yarada bilər.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, “Carlyle Group”un məlumatına görə, Avropa ölkələri NATO-nun təklif etdiyi ümumi daxili məhsulun 5 faizi həcmində xərcləmə hədəfləri ilə razılaşarsa, müdafiə sərmayələri hazırkı 4 trilyon avro proqnozundan kəskin arta bilər.
Həmçinin qeyd edilir ki, analitiklərin özəl kapitalın rolu ilə bağlı təklifi Avropa Komissiyasının oxşar bəyanatlarını təkrarlayır. Mart ayında müdafiə ehtiyacları üçün 800 milyard avronun ayrılması, o cümlədən şəxsi vəsaitlərin səfərbər edilməsi təklifləri ilə bağlı “Ağ kitab” nəşr olunub.
Eyni zamanda, Avropa qitəsi müdafiə sənayesinin parçalanması, rəqabət aparan milli müdafiə şirkətləri, qırıcı və tank istehsalı proqramları kimi problemlərlə üzləşir.
“Carlyle Group” təklif edir ki, avropalılar milli rəqabətləri və bununla bağlı platformaları aradan qaldırmaq üçün çiplərdən tutmuş dronlara qədər əsas sistem komponentləri üzrə standartlaşdırılmış dizaynları təmin etmək məqsədilə təchizat zəncirlərini əlaqələndirməlidirlər.
Sözügedən qrup 1987-ci ildə Vaşinqtonda yaradılıb və hazırda 453 milyard dollarlıq aktivləri idarə edir. Onun ABŞ hökuməti ilə sıx əlaqələri var, habelə aerokosmik və müdafiə sənayesinə sərmayə yatırma tarixinə malikdir.
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42

