Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / BMT TŞ Əfqanıstanda dərinləşən böhranı müzakirə edəcək

BMT TŞ Əfqanıstanda dərinləşən böhranı müzakirə edəcək

20.06.2025 [20:52]

BMT Təhlükəsizlik Şurası bazar ertəsi toplanaraq Əfqanıstanda böhranın pisləşməsi, o cümlədən qadınların hüquqlarının məhdudlaşdırılması və ölkənin iqtisadi tənəzzülü məsələlərini müzakirə edəcək.

AZƏRTAC ən böyük onlayn informasiya agentliyi “Khaama Press”ə istinadla xəbər verir ki, BMT-nin Əfqanıstana Yardım Missiyasının (UNAMA) bəyanatına görə, BMT Təhlükəsizlik Şurası bazar ertəsi, iyunun 23-də Əfqanıstanda mövcud humanitar və insan hüquqlarının vəziyyətini müzakirə etmək üçün iclas keçirəcək.

Təhlükəsizlik Şurasında BMT-nin Baş katibi Antonio Quterreşin Əfqanıstanla bağlı son hesabatına da baxılacağı gözlənilir. Hesabatda insan haqları, təhsil və Talibanın hakimiyyəti altında iqtisadi sabitlik də daxil olmaqla bir sıra kritik məsələlərə toxunulacağı ehtimal edilir.

Sessiya Əfqanıstanda qızların və qadınların təhsil, universitet təhsili və rəsmi məşğulluq imkanlarında ciddi məhdudiyyətlərlə üzləşməkdə davam etdiyi bir vaxta təsadüf edir. Bu siyasət beynəlxalq ictimaiyyət tərəfindən geniş şəkildə tənqid olunur.

Bu arada, Əfqanıstanda iqtisadi vəziyyət pisləşməkdə davam edir. Taliban hakimiyyəti dövründə bu ölkədə inflyasiya, işsizlik və humanitar ehtiyaclar artıb, milyonlarla vətəndaş beynəlxalq yardıma ciddi ehtiyac duyur. Təhlükəsizlik Şurasının qarşıdan gələn iclası Əfqanıstanda artan böhranın həllində BMT-nin rolunun və strategiyasının yenidən qiymətləndirilməsində mühüm əhəmiyyətə malik olacaq. Talibanın diplomatik fəaliyyəti məhdudlaşdırması və bölgələrdə yaşayış şəraitinin pisləşməsi şəraitində beynəlxalq təzyiqlər də artır.

Paylaş:
Baxılıb: 284 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31