Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Donald Tramp bu həftə Rusiyaya qarşı sanksiyalar tətbiq edə bilər

Donald Tramp bu həftə Rusiyaya qarşı sanksiyalar tətbiq edə bilər

27.05.2025 [12:45]

ABŞ Prezidenti Donald Tramp bu həftə Rusiyaya qarşı sanksiyalar tətbiq edə bilər.

AZƏRTAC xəbər verir ki, “The Wall Street Journal” nəşrinin mənbələrinə istinadla yaydığı məlumatda məhdudiyyətlərə yeni bank sanksiyalarının daxil edilməyəcəyi, lakin digər variantların müzakirə olunduğu bildirilir. Eyni zamanda qeyd olunur ki, ABŞ Prezidenti sülh danışıqlarından bezib və onlardan imtina etməyi düşünür.

Bir müddət öncə Nyu-Cersi ştatında jurnalistlərə açıqlama verən ABŞ lideri Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini nəzərdən keçirdiyini bildirib.

Nəşr qeyd edir ki, ABŞ Prezidenti bundan əvvəl Brüsselin Rusiyaya təzyiq göstərmək və sanksiyaları genişləndirməklə Ukrayna böhranının həlli cəhdlərindən uzaq durmaq niyyətində olduğunu təsdiqləmişdi.

Ötən həftə isə Donald Tramp Almaniya, Fransa, İtaliya, Finlandiya liderləri və Avropa Komissiyasının rəhbəri ilə telefon danışığında Vaşinqtonun Kiyev və Moskva arasında danışıqlara qarışmayacağı barədə xəbərdarlıq etmişdi.

Paylaş:
Baxılıb: 294 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31