Papa Fransisk dünyadan vəsiyyətsiz köçüb
23.04.2025 [19:18]
Avropa mediası yazır ki, Roma Papası Fransiskin ölümündən sonra vəsiyyətinin qeydiyyata alınması ilə bağlı proseslər uzun çəkməyəcək, çünki katolik kilsəsinin 226-cı rəhbərinin demək olar ki, əmlakı olmayıb.
AZƏRTAC “BBJ” nəşrinə istinadla xəbər verir ki, pontifikin aylıq maaşı 32 min dollar olsa da, sələflərindən fərqli olaraq heç vaxt bu pulları götürmür, xeyriyyə məqsədilə xərcləyirdi. O, həyatı boyu asketik prinsiplərinə riayət edirdi. Papanın bütün səfərlərinin xərclərini Vatikan ödəsə də, bu o demək deyil ki, o yoxsul idi. Sadəcə pulu özü üçün xərcləmirdi.
Media yazır ki, Papa Fransiskin həyatı bütün dünyanın dünyəvi və kilsəyə bağlı liderləri üçün bir nümunə olmalıdır. Onun əsl adı Xorxe Mario Bergolyodur. İnanclı bir yezuit olaraq bütün həyatını kasıblara və ehtiyac içində olanlara həsr edib və xüsusilə də 2013-cü ildə Roma Papası seçildikdən sonra heç vaxt maaşını almayıb.
O, maaşını ya Kilsənin ehtiyaclarına xərcləyib, ya da yeganə sağ qalan bacısı Mariya Yelena Bergolyoya hədiyyə edib (Papanın dörd bacısı olub, onlardan üçü artıq vəfat edib).
Perunun “Wapa.pe” saytının məlumatına görə, Xorxe Mario Bergolyo 13 mart 2013-cü ildə Roma Papası seçiləndə bacısına zəng edərək buyurmuşdu: “Salam, mən Xorxeyəm!”.
O an Mariya Yelena artıq seçkilərin nəticəsini bilirdi və onların hər ikisi ağlamağa başlayıb. Yəqin ki, bu, sevinc göz yaşları idi. Sakitləşdikdən sonra Papa bacısından xahiş edib ki, xəbəri ailənin digər üzvlərinə də çatdırsın.
"Əgər hamısına şəxsən özüm zəng etsəydim, Vatikanı müflis edərdim!" – deyə o, sonradan zarafat etmişdi.
Vatikan dünyanın ən zəngin təşkilatlarından biridir. Onun maliyyə vəsaiti 35 milyard dollar, incəsənət kolleksiyası isə 17 milyard dollar dəyərində qiymətləndirilir. Bundan əlavə, Vatikanın xəzinəsində səhmlər, qızıl, zərgərlik məmulatları və qiymətli daşlar saxlanılır.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

