Fransadan daha bir anti-demokratik addım...
23.04.2025 [09:25]
Fransada hüquq-mühafizə orqanları şəxsi toxunulmazlıq hüququnu kobul şəkildə pozurlar. Belə ki, “Telegram”- ın həmtəsisçisi Pavel Durov Fransa polisini sözügedən sosial şəbəkədəki yazışmaları ələ keçirmək cəhdində ittiham edib. Durov öz “X” sosial şəbəkə hesabında qeyd edib ki, Fransa polisi “Telegram” - dakı şəxsi məlumatlara girişə məhdudiyyətlərin aradan qaldırılmasını təkid edir. O, Fransa hüquq-mühafizə orqanlarının bu tələbini insan hüquqlarına zidd hesab edib - belə bir halın baş verəcəyi təqdirdə şəbəkəyə üzv olanların şəxsi mesajlarının təhlükə altına düşəcəyini bildirib: “12 illik tarixində “Telegram” heç vaxt bir bayt da olsun şəxsi mesajı açıqlamayıb. Avropa İttifaqı Rəqəmsal Xidmətlər Aktına uyğun olaraq, etibarlı məhkəmə qərarı ilə təmin olunarsa, “Teleqram” cinayətdə şübhəli bilinən şəxslərin mesajlarını deyil, yalnız IP ünvanlarını və telefon nömrələrini açıqlayacaq. Heç bir ölkə azadlıqların yavaş-yavaş aşınmasından sığortalanmayıb. Hər gün bu azadlıqlar hücuma məruz qalır və biz onları müdafiə etməliyik,” - deyə Durov vurğulayıb. “Telegram” - ın həmtəsisçisinin bu sözləri bir daha Fransanın xislətini sübut etmiş oldu. Fransada insan hüquqlarının və azadlıqlarının kobud şəkildə pozulmasını artıq ekspertlər də etiraf edirlər. Heç bir hüquqi əsas olmadan vətəndaşların şəxsi məlumatlarının ələ keçirilməsi anti-demokratik addım kimi qiymətləndirilir. Bu, özünü demokratiyanın “tacı” hesab edən Fransanın Qərb dəyərlərini necə tapdaladığını aydın şəkildə sübut edir. Son doqquz ildə Parisdə və Fransanın bir sıra şəhərlərində keçirilən dinc aksiyaların zorla dağıdılması, sosial hüquqların məhdudlaşdırılması, Fransaya məxsus dənizaşırı regionlarda azadlıq tələb edənlərin repressiyaya məruz qalmaları, o cümlədən bu yaxınlarda müxalif liderin həbsi və seçkilərdə iştirakının qadağan edilməsi və şəxsi məlumatlara girişə cəhd Fransa hakimiyyətinin məqsədyönlü şəkildə insan hüquqlarını pozduğunu deməyə əsas verir.
Məsələ ilə bağlı siyasi ekspert İlyas Hüseynov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, son zamanlar Fransada insan hüquqlarının pozulması adi hala çevrilib:
“İndiki Fransa hakimiyyəti dəfələrlə anti-demokratik addımlar atıb. Bir çox dinc aksiyaların polis zorakılığı ilə dağıdılması, xüsusilə də Fransanın müstəmləkəçilik siyasətini davam etdirməsi və dənizaşırı regionlarda yerli xalqların əsarət altında saxlanılması, indi də şəxsi toxunulmazlıq hüququnun tapdalanmasına təşəbbüsün göstərilməsi - bütün bunlar insan hüquqlarının pozulmasının bariz nümunəsidir. Şəxsi məlumatlara girişə məhdudiyyətlərin aradan qaldırılmasını tələb etmək şəxsi azadlıqlara hörmətsizlikdir. Xüsusilə qeyd edim ki, Fransada insan hüquqlarının pozulması və demokratik dəyərlərin tapdanması məhz Makron hakimiyyəti dövründə daha çox təsadüf edilir. Makrondan əvvəl Fransa barədə bu cür məlumatlara təsadüfi hallarda rast gəlmək olardı. Daxili və xarici siyasətdə buraxılmış kobud səhvlər, Qərbi-Mərkəzi Afrikada geostrateji mövqelərin itirilməsi və beynəlxalq səviyyədə nüfuzun zəifləməsi Makron hakimiyyətini irrasional addımlar atmağa vadar edir. Sosial şəbəkə istifadəçilərinin şəxsi məlumatlarına giriş təşəbbüsü bu addımlardan biridir. “Telegram”- a münasibət də bu siyasətin təzahürüdür. İndiki hakimiyyət belə hesab edir ki, “Telegram”-da istifadəçilərin şəxsi məlumatlarını ələ keçirməklə Rusiyanı asanlıqla ittiham edəcəklər. İnsan hüquqları baxımından, sosial şəbəkə istifadəçilərinin şəxsi məlumatlarının təhlükəsizliyi xüsusi əhəmiyyət kəsb edir. Təəssüflər olsun ki, Fransa hakimiyyəti buna əks-mövqe nümayiş etdirir”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47

