Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Polşada səfərdə olub
15.10.2019 [09:36]
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Polşa Respublikasında səfərdə olub.
Komitədən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində nümayəndə heyəti ilk olaraq Qniezno şəhərindəki “Azərbaycan-Polşa Dostluq” abidəsini ziyarət edib. Abidə önünə əklil qoyulub.
Azərbaycan nümayəndə heyətinin şəhər meri Tomaş Budaş ilə görüşü olub. Qeyd edilib ki, Azərbaycan ilə Polşa arasında dostluq münasibətlərinin dərin tarixi kökləri var və bu abidə də dostluq əlaqələrinin ən bariz nümunəsidir.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov səmimi münasibətə görə Qniezno şəhərinin meri və nümayəndə heyətinə təşəkkür edib, ölkələrimiz arasındakı isti münasibətlərin daha da dərinləşməsi, buradakı Azərbaycan diasporunun və Azərbaycandakı polyak icmasının fəaliyyəti barədə fikirlərini bölüşüb.
Tədbirdə Azərbaycanın Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov iştirak edib və Azərbaycan-Polşa əlaqələrinin inkişafı ilə bağlı çıxış edib.
Xatırladaq ki, Polşanın qədim paytaxtı sayılan Qniezno şəhərindəki “Azərbaycan-Polşa Dostluq” abidəsi Azərbaycan-Polşa əlaqələrinin inkişafına müstəsna töhfələr vermiş Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində ucaldılıb.
Abidə üz-üzə dayanmış palıd ağacı yarpağı formasındadır və onun iç tərəfində Azərbaycanın və Polşanın müasir siyasi xəritələri təsvir edilib. Abidə üzərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Polşa haqqında, polyak əsilli Roma Papası II İohann Pavelin Azərbaycan haqqında söylədiyi fikirləri yer alıb.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21

