Şuşa Bəyannaməsi: Azərbaycan-Türkiyə qardaşlığının strateji zirvəsi
10.06.2026 [14:27]
İyunun 10-da YAP Samux rayon təşkilatı tərəfindən Seyidlər kənd ərazi partiya təşkilatında 2021-ci ilin 15 iyun tarixində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlaqədar “Şuşa Bəyannaməsi: Azərbaycan-Türkiyə qardaşlığının strateji zirvəsi” adlı tədbir keçirilib.
Öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətləri əsrlərə söykənən möhkəm təməllər üzərində qurulub. 2021-ci il iyunun 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında münasibətləri yeni mərhələyə yüksəldərək müttəfiqlik səviyyəsinə çatdırıb. Qeyd edib ki, Bəyannamə siyasi, iqtisadi, hərbi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsini nəzərdə tutur və regionda sülhün, təhlükəsizliyin və sabitliyin təmin edilməsinə mühüm töhfə verir.
Daha sonra tədbirdə iştirak edən Seyidlər kənd tam orta məktəbin direktoru Anarə Həsənova və partiya üzvləri Mirsaleh Cəfərov, Türanə Məmmədova, Fatimə Abbasova çıxış edərək Şuşa Bəyannaməsinin tarixi əhəmiyyətindən danışıblar. Natiqlər qeyd ediblər ki, bu sənəd Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək zirvəsini ifadə etməklə yanaşı, iki dövlətin milli maraqlarının qorunması və gələcək inkişafı baxımından mühüm strateji əhəmiyyət daşıyır. Bildirilib ki, “Bir millət, iki dövlət” prinsipi əsasında qurulan münasibətlər bu gün də uğurla inkişaf edir və xalqlarımızın rifahına xidmət edir.
Çıxışlarda vurğulanıb ki, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin bölgədə sülhün, əməkdaşlığın və tərəqqinin təmin olunmasına yönəlmiş birgə fəaliyyətinin hüquqi-siyasi əsasını təşkil edir. Qeyd olunub ki, iki qardaş ölkə arasında mövcud olan sarsılmaz birlik və həmrəylik gələcək nəsillər üçün də etibarlı inkişaf modeli olaraq qalacaq.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş gənc müəllimlərə üzvlük vəsiqələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

