Azərbaycanın enerji siyasətinin qlobal əhəmiyyəti
04.06.2026 [14:50]
2026-cı il iyunun 1-də keçirilən Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı ölkənin enerji strategiyasının uğurlarını, qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələri və gələcək inkişaf prioritetlərini əhatə edərək mühüm tarixi tədbir kimi yadda qaldı.
Ölkəmizin başçısı çıxışında qeyd etdi ki, əsası Xəzər Neft və Qaz Sərgisi ilə qoyulan və illər ərzində beynəlxalq nüfuzu daha da artan Bakı Enerji Həftəsi bu gün dünyanın enerji sahəsində keçirilən ən nüfuzlu tədbirlərindən biri hesab olunur. Prezident İlham Əliyev qeyd etdi ki, 1996-cı ilin iyun ayında imzalanmış “Şahdəniz” müqaviləsi Azərbaycanın müasir qaz sənayesinin inkişafında yeni mərhələnin əsasını qoymuş, ölkəmizi qlobal enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından birinə çevirmişdir.
Cənab Prezident tədbirin beynəlxalq əhəmiyyətinin ABŞ Prezidenti Donald Trampın, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Böyük Britaniyanın Baş naziri Kir Starmerin ünvanladıqları məktublarda da öz əksini tapdığını bildirdi. Dövlət başçısı enerji sektorunun son illərdə əsassız tənqidlərə məruz qaldığını qeyd edərək vurğuladı ki, dünya iqtisadiyyatının və sənayesinin dayanıqlı fəaliyyəti bu gün də neft və qaz resurslarından əhəmiyyətli dərəcədə asılıdır. Onun sözlərinə görə, enerji təhlükəsizliyi ilə ekoloji məsuliyyət arasında tarazlığın qorunması müasir dövrün əsas çağırışlarından biridir.
Dövlət başçısı çıxışda Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi mürəkkəb vəziyyətə xüsusi diqqət yetirildi. 1990-cı illərin əvvəllərində ölkə siyasi qeyri-sabitlik, iqtisadi böhran, Ermənistanın hərbi təcavüzü, bir milyondan artıq qaçqın və məcburi köçkün problemi ilə üz-üzə idi. Belə ağır şəraitdə ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində həyata keçirilən enerji strategiyası Azərbaycanın inkişafının əsasını təşkil etmişdir.
1994-cü ildə imzalanan və müasir Azərbaycan tarixində mühüm dönüş nöqtəsi hesab edilən “Əsrin müqaviləsi” ölkəyə böyük həcmdə xarici investisiyaların cəlb edilməsinə, enerji sektorunun sürətli inkişafına və iqtisadi sabitliyin təmin olunmasına şərait yaratmışdır. Sonrakı dövrdə əldə olunan gəlirlər sosial rifahın yüksəldilməsinə, təhsil və səhiyyə sisteminin modernləşdirilməsinə, infrastrukturun yenilənməsinə və güclü milli ordunun formalaşdırılmasına yönəldilmişdir.
Prezident qeyd etdi ki, Azərbaycan təbii sərvətlərdən əldə etdiyi imkanları milli maraqlar əsasında idarə edərək nümunəvi inkişaf modeli formalaşdırmışdır. Bu gün ölkədə yoxsulluq səviyyəsinin 5 faizə qədər azalması, işsizliyin minimum həddə enməsi, xarici borcun ümumi daxili məhsulun cəmi 6 faizindən bir qədər çox hissəsini təşkil etməsi və strateji valyuta ehtiyatlarının xarici borcu dəfələrlə üstələməsi həyata keçirilən siyasətin uğurlu nəticələridir.
Çıxışda Azərbaycanın enerji təhlükəsizliyi sahəsində həyata keçirdiyi beynəlxalq layihələrin əhəmiyyəti xüsusi qeyd edildi. Bakı–Tbilisi–Ceyhan, Bakı–Supsa, Cənubi Qafqaz qaz kəməri, TANAP və TAP layihələri təkcə Azərbaycanın deyil, bütövlükdə Avropa və region ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və bu ölkələrin 10-u Avropa İttifaqının üzvüdür.
Prezident həmçinin Azərbaycanın enerji siyasətinin yalnız karbohidrogen ehtiyatları ilə məhdudlaşmadığını da vurğuladı. Onun sözlərinə görə, ölkəmiz bərpaolunan enerji mənbələrinin inkişafına böyük önəm verir. Günəş, külək və hidroenerji layihələrinin genişləndirilməsi nəticəsində yaxın illərdə Azərbaycanın yaşıl enerji potensialı əhəmiyyətli dərəcədə artacaq və ölkə bu sahədə də regional liderlərdən birinə çevriləcəkdir.
Qara dəniz Enerji Kabeli layihəsi, Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan enerji dəhlizi və Mərkəzi Asiya ilə yaşıl enerji əməkdaşlığı kimi strateji təşəbbüslərin əhəmiyyəti çıxış zamanı xüsusi vurğulandı. Bu layihələr Azərbaycanı Avropa ilə Asiya arasında mühüm enerji və nəqliyyat qovşağına çevirməklə yanaşı, regional əməkdaşlığın və iqtisadi inteqrasiyanın genişlənməsinə də xidmət edir.
Prezident İlham Əliyev çıxışının sonunda qeyd etdi ki, Azərbaycanın əldə etdiyi uğurlar milli maraqlara əsaslanan müstəqil siyasətin, etibarlı tərəfdaşlığın, strateji baxışın və xalqın rifahına xidmət edən inkişaf modelinin nəticəsidir. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən müzakirələr, imzalanan sənədlər və əldə olunan razılaşmalar qlobal enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, beynəlxalq əməkdaşlığın genişlənməsinə və Azərbaycanın enerji sektorunda mövqelərinin daha da güclənməsinə mühüm töhfə verəcəkdir.
Elşad Cəfərov
YAP Culfa rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

