Laçın dəhilizinə nəzarət mexanizmi...
07.12.2022 [10:34]
Azərbaycan Xankəndi əməliyyatını qeyri-hərbi yolla inkişaf etdirmək niyyətindədir
Ermənistanın 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi regionda yeni situasiya formalaşdırıb. Belə ki, Rusiyanın sülhməramlı kontingentinin müvafiq ərazilərə yerləşdirilməsinin ardından erməni silahlı birləşmələri Azərbaycan torpaqlarını tərk etməyib, əksinə, yeni təxribatyönümlü fəaliyyətlərlə məşğul olmaqdadır. Buna ən bariz sübut isə 10 noyabr anlaşmasının imzalanmasından sonra Azərbaycan ərazisində 2700-dən çox Ermənistanda istehsal olunmuş minanın aşkarlanmasıdır. Həmin minaların istehsal tarixi 2021-ci il göstərildiyindən bu hərbi sursatın məhz Laçın dəhlizi ilə daşındığına şübhə yeri qalmır. Bu isə, eyni zamanda, Rusiya sülhməramlılarının Laçın dəhlizindəki fəaliyyətini də şübhə altına alır. Qeyd edək ki, bir müddət öncə Azərbaycan DTX-nin rəsmiləri də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnikaların daşınmasının, orada müxtəlif təxribat xarakterli tədbirlərin keçirilməsinə şərait yaradılmasının xüsusilə diqqət çəkdiyini bildirmişdilər. Bu kimi faktlar isə yenidən Laçın dəhlizinə nəzarətlə bağlı məsələni aktuallaşdırır.
Laçın dəhlizi məsələsi aktuallaşır
Yeri gəlmişkən, Laçın dəhlizi ilə bağlı məsələ Rusiyaya səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla həmkarı Sergey Lavrov arasında da müzakirə mövzusu olub. Belə ki, görüş zamanı C.Bayramov Ermənistanın 10 noyabr birgə Bəyanatının bəzi müddəalarını yerinə yetirmədiyini, Laçın dəhlizindən qeyri-humanitar və qanunsuz məqsədlər üçün istifadə olunduğunu deyib. Bu faktın açıq şəkildə dilə gətirilməsi isə bir daha onu deməyə əsas verir ki, Azərbaycan öz prioritet hədəflərinin reallaşdırılması istiqamətində artıq konkret və qətiyyətli addımlar atmaq fikrindədir. Hər bir halda rəsmi Bakının mövqeyi hər kəsə bəllidir - Qarabağ Azərbaycan torpağıdır və orada yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdır. Sadəcə sülh prosesinə sadiqlik nümayiş etdirən Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsi ilə tanınan hüququndan hələlik istifadə etmir. Bəlli olduğu kimi, BMT Nizamnaməsinin 51-ci maddəsində göstərilir ki, quruma üzv olan hər bir ölkə öz ərazi bütövlüyünü bərpa etmək hüququna malikdir. Azərbaycan da BMT üzvü olaraq tam bu hüquqa malikdir. Beləliklə, Azərbaycan heç də Laçın dəhlizini Rusiya sülhməramlılarına və ya bir başqasına güzəştə getmək fikrində deyil. Müdafiə nazirliyinin rusiyalı sülhməramlı kontingentə ard-arda etiraz məktubları da bundan xəbər verir. Başqa sözlə, əgər üçtərəfli Bəyanat tam şəkildə yerinə yetirilməyəcəksə, həm Ermənistan, həm də Rusiya sülhməramlıları üzərinə götürdüyü öhdəliyə riayət etməyəcəksə, Azərbaycan alternativ addımlar atmağa hazırdır.
Laçın dəhlizi Ermənistanın revanşist “arzuları” üçün vasitə ola bilməz
Azərbaycan dövlətinin regionda cərəyan edəcək geopolitik proseslərin istiqamətləndirilməsi baxımından dəqiq “yol xəritəsi” də mövcuddur. Bu, atılan addımlardan, aparılan müzakirələrdən də bəllidir. Məsələn, Azərbaycanın XİN başçısı rusiyalı həmkarı ilə görüşü zamanı da bildirib ki, Azərbaycanın bir sıra dövlət strukturları sülhməramlı qüvvələrin müvəqqəti yerləşdirildiyi ərazidə ekoloji vəziyyəti araşdırmaq üçün sülhməramlı kontingentə müraciət edib. Sergey Lavrov isə məsələnin diqqətdə olduğunu söyləyib: “Azərbaycanlı həmkarlarımızda üçtərəfli Bəyanatların icrası ilə bağlı yaranan suallar bizim üçün prioritet əhəmiyyət daşıyır. Bizim hərbçilərimiz bununla fəal məşğul olur. Məsələ ilə bağlı müzakirələr aparılır”.
Əgər bu məsələ Rusiya üçün də “prioritet” sayılırsa, sülhməramlı kontingent hansı səbəblərdən Ermənistandan daşınan silah-sursata, texnikalara, eləcə də Azərbaycan sərvətlərinin Ermənistana daşınmasına göz yumur? Azərbaycan torpaqlarında ekoloji vəziyyəti araşdırmaq üçün gedən qrupun niyə yolu kəsilir? Və ya buna cəhd edilir? Hətta Rusiya sülhməramlılarının rəhbəri, general-mayor Volkovun açıqlamaları da bir sıra suallara yol açır. Demək ki, bilərəkdən və ya bilməyərəkdən Laçın dəhlizi Ermənistanın revanşist “arzuları” üçün plasdarma, vasitəyə çevrilir. Bu isə yolverilməzdir. Azərbaycan torpaqlarında fərqli “xəyallara” dalmağın nəticələrini Silahlı Qüvvələrimiz 44 günlük müharibədə bir daha açıq şəkildə nümayiş etdirdi. “Dəmir yumruq” isə hələ də öz yerindədir...
Xankəndi əməliyyatı - qeyri- hərbi yolun seçilməsinin səbəbləri
Proseslər Azərbaycan dövlətinin Xankəndi əməliyyatına qeyri-hərbi yolla start verdiyini bir daha təsdiqləyir. Burada ilk məqam üçtərəfli Bəyanata əsasən Azərbaycan torpaqlarında yerləşdirilən Rusiya sülhməramlılarına onların yeganə vəzifəsinin razılaşmanın həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq üçün atəşkəsə nəzarət etmək olduğunu “xatırlatmaqdır”. Yuxarıda bəhs olunan məqamlar da onu göstərir ki, Rusiyanın sülhməramlı kontingenti prosesin məhz üçtərəfli Bəyanata əsasən razılaşdırılmış formada inkişafını təmin etmir, və ya etmək istəmir. Hər halda onların fəaliyyəti bunu deməyə əsas verir. Sülhməramlı kontingent çox məqamlarda Azərbaycan ərazisində yerləşdiyini “unudur”. Əslində buna unutqanlıq kimi də baxmaq olmaz. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Xankəndi və ətraf bölgədə olan rus sülhməramlıları ermənilərlə deyil, məhz rəsmi Bakı ilə ortaq hərəkət etməyə borcludur. Əks halda, Laçın dəhlizinə nəzarətin yenidən Azərbaycana keçməsi və ya birgə nəzarət mexanizmləri işə düşə bilər. Rusiya bunu anlamalı və öz fəaliyyətini məhz bu tezis üzrə qurmalıdır.
Azərbaycan prosesə nəzarət edir
Azərbaycan bir daha Qarabağda yaşayan erməni vətəndaşları ilə bağlı məsələyə növbəti dəfə aydınlıq gətirdi. Nazir Ceyhun Bayramov bildirdi ki, Azərbaycan Qarabağ ermənilərinin bütün vətəndaşlarla eyni hüquq və azadlıqlara malik olacağına təminat verəcəyini dəfələrlə bildirib. Yəni sülh prosesi bu tezislərdən kənar hər hansı bir mexanizmə malik ola bilməz. Rusiya sülhməramlıları isə fəaliyyətlərində bir neçə məsələni diqqətdə saxlamalıdırlar:
- İlk növbədə, sülhməramlı kontingent başa düşməlidir ki, münaqişə bitib və yeni reallıqda (üçtərəfli Bəyanata əsasən) Azərbaycan illərlə erməni işğalı altında qalmış ərazilərində suverenliyini bərpa edib;
- Rusiya, eləcə də sülh prosesinin digər aktiv oyunçuları nəzərə almalıdırlar ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Praqa görüşünün kommünikesinə diqqət yetirdikdə bəlli olur ki, Ermənistan ilk dəfə rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıyıb. Bu həm də Azərbaycanın Qarabağ üzərində suverenliyi deməkdir;
- Və nəhayət, Rusiya sülhməramlıları anlamalıdırlar ki, üçtərəfli Bəyanatın altında Azərbaycan və Ermənistanla yanaşı, həm də təmsil etdikləri dövlətin - Rusiya Federasiyasının prezidentinin imzası mövcuddur. Sülhməramlı kontingent isə özünün Ali Baş Komandanının imzasına hörmət göstərmək, bəyanatın icrasını düzgün yerinə yetirmək məcburiyyətindədir.
Nəticə etibarı ilə, Azərbaycan hər bir halda prosesə nəzarət edir. Laçın dəhlizində baş verən qanunsuzluqların ifşası da bunu sübut edir. Bununla belə, Azərbaycan hələ ki, xəbərdarlıq etməklə kifayətlənir və Xankəndi əməliyyatını sülh prosesi əsasında həll etmək istəyir. Amma bu baş tutmasa... Azərbaycan dövləti öz hüquqlarını bərpa etmək iqtidarındadır...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxHadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Siyasət
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27

