Moskvadan Kiyevə - Paris sülh yarada biləcəkmi?
08.02.2022 [10:56]
Fransa Avropanın nüfuzunu geri qaytarmağa çalışır
P.SADAYOĞLU
Fransa prezidenti Emmanuel Makronun Rusiya səfəri bir çox məqamları ilə yaddaqalan sayıla bilər. Belə ki, səfər çərçivəsində baş tutan Rusiya-Fransa sammiti ilə yanaşı, Ukrayna böhranı da müzakirə olunan məsələlər sırasında yer alır. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, əsas mövzu Rusiyanın təhlükəsizlik məsələsidir. Kremlin sözçüsü liderlərin Rusiya tərəfinin çox vacib hesab etdiyi ikitərəfli münasibətlərlə bağlı fikir söyləyəcəklərini deyib. Fransa Prezidenti Emmanuel Makron Moskva görüşündən sonra Kiyevə gedəcək. Moskva görüşündən əvvəl isə Amerika Birləşmiş Ştatları Prezidenti Co Baydenlə Makron arasında telefon danışığı olub. Liderlər Ukrayna ətrafındakı vəziyyəti müzakirə ediblər. Bayden və Makron Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini bir daha təsdiqləyiblər. Onlar Ukrayna da daxil olmaqla müttəfiqləri və tərəfdaşları ilə əlaqə saxlamaq və məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.
Siyasi ekspertlər Aİ-yə sədrlik edən Fransanın yenidən Ukrayna probleminin həlli ilə bağlı prosesdə yer almasını təqdirəlayiq saymaqla yanaşı, Avropanın öz nüfuzunu geri qaytarmaq uğrunda mübarizəsi kimi də xarakterizə edirlər. Makronun irəli sürdüyü təkliflər iki tərəfi də razı salarsa, bu, siyasi münasibətlərdə yeni mərhələyə yol aça bilər.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Müşfiq Cəfərov Fransa prezidentinin Rusiyaya səfərinin Ukrayna probleminin həlli ilə bağlı əhəmiyyətli olduğunu deyib. Millət vəkilinin fikrincə, Avropa İttifaqının fəaliyyətdə olan sədri kimi Fransa prosesdə aktiv rol almağa çalışır. Digər tərəfdən, son dövrlər regionda silahlanmanın artması ilə bağlı xəbərlər sülhyaratma missiyasının vacibliyini daha da aktuallaşdırır: “Bəlli olduğu kimi, ABŞ və müttəfiqləri Şərqi Avropadakı hərbi kontingentini və silahlarını təkmilləşdirməklə məşğuldur. Rusiya isə Belarusla birgə hərbi təlimlər keçirərək qarşıdurmadan çəkinmədiyini göstərir. Yaranan çətin situasiya hərbi toqquşma ehtimalını artırır. Bu cür genişmiqyaslı hərbi toqquşma isə Avropa üçün olduqca böyük fəlakətlərə yol aça bilər. Qarşıdakı dövrdə hərbi ritorikadan qaynaqlanan təzyiqi aşağı salmaq üçün bu tipli dialoqlar vacibdir. Emmanuel Makron səfərdən öncə Moskvaya yeni ideyalarla gələcəyini bildirmişdi. Təbii ki, danışıqların gedişi gizli saxlanılacaq. Amma bu yeni ideyalar danışıqların intensivləşməsinə kömək edə bilər. Hər halda, Avropa İttifaqının aktiv şəkildə prosesdə yer alması müsbət məqamdır və dialoq cəhdlərinin davam etdiyini, şanslarının tükənmədiyini göstərir”.
Millət vəkili bildirib ki, Emmanuel Makronun Moskva səfərinin bir səbəbi də Aİ-ABŞ münasibətləri ilə bağlı irəli sürülən neqativ iddialara cavab ola bilər. Belə ki, Avropa mətbuatı “köhnə qitə”nin ABŞ-ın əlində oyuncağa çevrildiyini yazır. “Bu baxımdan, Makronun Moskva səfəri həm də Avropanın prosesdəki siyasi rolunu, çəkisini təsdiqləməyə hesablanıb. Nəzərə alsaq ki, Böyük Britaniya bu prosesdə birmənalı şəkildə ABŞ-ı dəstəkləyir, Almaniya isə hələ də susqunluğunu pozmur. Fransa bundan istifadə edərək Avropanın liderinə çevrilə bilər və bütün iddiaları təkzib etmiş olar. Fikrimcə, regionda sülhə nail olmaq üçün bütün güclər səfərbər edilməlidir. Çünki baş verəcəklərdən ən çox ziyan çəkəcək elə Avropa olacaq. Müharibənin özü ilə həm iqtisadi, həm də siyasi böhran gətirəcəyini unutmaq olmaz. İndiki qlobal pandemiya dövründə milyonlarla insanın böyük problemlərlə üzləşməsi, hətta qaçqın probleminin meydana çıxması ehtimalının yaranması böyük təhdiddir. Bunun qarşısını almaq üçün bütün ölkələr, təşkilatlar öz güclərini səfərbər etməlidir”, - deyən M.Cəfərov əlavə edib ki, Emmanuel Makronun Moskvadan sonra Kiyevə səfəri Rusiya ilə Ukrayna arasında kompromis yollarını tapmaq üçün növbəti mühüm şansdır.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16

