Yaponiyada hakim partiyaya zərbə...
24.07.2025 [09:11]
Baş nazir istefa verəcək?
Yaxın zamanda Yaponiya hökumətində ciddi dəyişiklik baş verə bilər. Belə ki, ölkənin “Kyodo” agentliyinin məlumatına görə, Yaponiyanın Baş naziri Şiqeru İşibanın avqustun sonunda öz vəzifəsindən istefası gözlənilir. Agentliyin məlumatında qeyd olunur ki, bazar günü parlamentin yuxarı palatasına keçirilən seçkilərdə Ş.İşibanın Liberal Demokrat Partiyası (LDP) və onun koalisiya tərəfdaşı Komeito qələbə çalsa da, palatadakı bir çox yerləri itirib. Ölkənin müasir tarixində bu, ilk belə siyasi hadisədir. Yuxarı palatada koalisiya indi 248 yerin yarısından azına nəzarət edir, bu da hökumətin qanun qəbul etmək imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Müxalif partiyalar - Konstitusiya Demokratiya Partiyası və Xalqın Demokratiya Partiyasının parlamentdəki yerlərinin sayı artıb. Tez-tez ifrat sağçı kimi xarakterizə edilən Sanseito partiyası isə təmsilçiliyini 2 yerdən 14-ə yüksəldib. Qeyd edək ki, bu, İşiba üçün ardıcıl ikinci böyük seçki məğlubiyyətidir - ötən ilin payızında hakim koalisiya parlamentin aşağı palatasında da yerlərin əksəriyyətini itirmişdi. Baş nazir İşiba hökumətin gələcəyi ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, ABŞ ilə ticarət müqaviləsinin təfərrüatlarını hərtərəfli nəzərdən keçirməyincə, bu barədə heç bir şərh verməyəcək.
İşiba təkzib edib
Yaponiyada bir sıra ekspertlər KİV-lərə açıqlamalarında bildiriblər ki, Vaşinqtonla danışıqların davam etdiyi bir zamanda Şiqeru İşiba öz vəzifəsindən istefa verməyəcək. Onların iddialarına görə, İşiba ABŞ-la tam razılaşma əldə etdikdən sonra istefa vermək qərarına gələ bilər. Yaponiya KİV-lərinin məlumatında qeyd olunur ki, hazırda İşiba ciddi təzyiqlərlə üz-üzə qalıb. Xüsusilə “Mayniçi” qəzeti qeyd edir ki, İşiba artıq öz ətrafına avqustun sonuna qədər istefa vermək planları barədə məlumat verib. “Kyodo” agentliyi LDP-nin yüksək vəzifəli funksionerlərinə istinadən bildirib ki, İşibanın istefası qaçılmazdır. “Yomiuri” qəzeti isə İşibanın artıq iyulda istefa verə biləcəyini bildirib. KİV-lər, həmçinin qeyd edirlər ki, İşiba öz istefa məsələsini keçmiş hökumət başçıları - Yoşihide Suqa, Fumio Kişida və Taro Aso ilə görüşündə müzakirə edib. Lakin Yaponiyanın baş naziri KİV-lərin sözügedən məsələ ilə bağlı məlumatlarını təkzib edib - o, jurnalistlərə açıqlamasında bildirib ki, onun hələ ki, istefa verməklə bağlı planı yoxdur: “Keçmiş baş nazirlər Yoşihide Suqa, Fumio Kişida və Taro Aso ilə görüşdə mənim qalıb-qalmamağım və ya istefa verməyim barədə söhbət olmayıb. Bəzi KİV-lər bu barədə məlumat yayıb, lakin mən heç vaxt belə bəyanatlar verməmişəm. Bu məlumatlar həqiqətə uyğun deyil”, - deyə Baş nazir bildirib.
ABŞ-la mühüm anlaşma
Yaxın zamanda ABŞ ilə Yaponiya arasında iki ölkənin iqtisadi-ticari münasibətlərinin daha da inkişaf etdirilməsinə dair mühüm saziş imzalana bilər. Artıq ABŞ Prezidenti Donald Tramp öz sosial şəbəkə hesabında bu barədə status paylaşıb. Ağ Evin rəhbəri bildirib ki, yeni müqavilə həm ABŞ-a, həm də Yaponiyaya böyük iqtisadi imkanlar qazandıracaq. “Biz Yaponiya ilə razılığa gəldik. Bu anlaşma bizə minlərlə yeni iş yeri yaratmağa imkan verəcək” - deyə Tramp qeyd edib. Prezident, həmçinin xatırladıb ki, Yaponiya ABŞ-a 550 milyard dollar sərmayə qoymağa da razılıq verib.
Müqaviləyə əsasən, ABŞ-a ixrac olunacaq yapon avtomobilləri və digər məhsullar üçün tariflər 25 faizdən 15 faizə endiriləcək. Eyni zamanda Yaponiya öz bazarlarını ABŞ avtomobilləri, yük maşınları, sənaye və kənd təsərrüfatı xarakterli məhsullar üçün açacaq.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16

