ABŞ-dan Avropaya “qara yellər” əsir...
18.02.2025 [10:13]
“Qoca qitə”nin şıltaqlıqları ilə oynanılmayacaq
Trampın Ağ Evə qayıdışı Avropanı çıxılmaz bir vəziyyətə salıb. Seçkiöncəsi Baydenə “stavka” edən avropalı liderlər haqlı olaraq Vaşinqtondan adekvat münasibəti görürlər. Yeni komanda bütün gücü və sürəti ilə “kollektv Qərb” maraqlarını ABŞ mənafeyinə dəyişir. İstər qlobal kataklizmlərə yanaşmada, istər demokratik inkişaf planlarında, istər iqtisadi proqnozlaşdırmada, istərsə də yeni tarif planında ABŞ Avropanın maraqlarını nəzərə almır. Məsələn, 2025-ci ildən etibarən ABŞ və Avropa İttifaqı (Aİ) arasında ticarət münasibətlərində yeni tariflər tətbiq olunub. Bunlar əsasən 10 faizlik ümumi idxal rüsumudur ki, ABŞ administrasiyası Aİ-dən idxal olunan bütün mallara bu rüsumu tətbiq etməyi nəzərdən keçirir. Bundan başqa, polad və alüminium üçün əlavə rüsumlar nəzərdə tutulur. Belə ki, fevralın 10-da ABŞ Prezidenti Donald Tramp polad və alüminium idxalına 25 faiz tarif tətbiq etdiyini elan edib.
Ticarət müharibəsi riski...
Buna qarşı cavab tədbirləri də özünü çox gözlətməyib - Aİ rəsmiləri ABŞ-ın bu addımlarını tənqid edərək, öz iqtisadi maraqlarını qorumaq üçün dərhal əks tədbirlər görəcəklərini bildiriblər. Belə ki, 2025-ci ilin mart ayının sonuna qədər Aİ bəzi ABŞ mallarına tətbiq etdiyi ticarət rüsumlarını dayandırmağı planlaşdırır.
Baş verənlər isə bir sıra ekspertlər tərəfindən ABŞ ilə Aİ arasında uçurumun daha da dərinləşməsi kimi dəyərləndirilir. Bu “çəkişmələr” mühüm təhdidlər formalaşdırır - məsələn, bu tariflərin tətbiqi ABŞ və Aİ arasında ticarət müharibəsi riskini artırır. Belə bir vəziyyət hər iki tərəfin iqtisadiyyatına mənfi təsir göstərə, iş yerlərinin itirilməsinə və istehlakçı qiymətlərinin artmasına səbəb ola bilər. Eyni zamanda, qlobal ticarət sistemində qeyri-sabitlik yaranaraq, digər ölkələr və bazarlara da mənfi təsir edə bilər.
Amma deyəsən məsələ “iqtisadi müstəvi” ilə məhdudlaşmayacaq. ABŞ Aİ-də “köklü dəyişikliklər” arzusundadır - bütün sahələrdə yeni yanaşmaların önə çıxmasını zərurət adlandırırlar. Bunun bariz nümunəsi isə Tramp administrasiyasının vitse-prezident Ceyms Devid Vensin Münhen Təhlükəsizlik Konfransındakı çıxışı oldu.
Vensin çıxışını “12 ballıq siyasi zəlzələ” də hesab etmək olar. Vitse-prezident nəzakət və diplomatik etiketi nəzərə almadan bütün detallar üzrə açıq şəkildə fikirlərini bölüşüb, artıq uzun illərdir ki, “yumşaq diplomatik rəftar”a öyrəşmiş avropalıların üzərinə soyuq leysan yağışı yağdırıb.
Avropa ənənəvi dəyərlərdən əl çəkib...
İllərdir ki, Avropanın irəli sürdüyü ənənəvi dəyərlərə xəyanət etməsi məsələsi Vensin çıxışında qırmızı xəttlə keçib. O bildirib ki, Avropa artıq əvvəlki kimi deyil - o, ənənəvi dəyərlərindən əl çəkib, senzura, dissidentlərin repressiyaları bataqlığında qalıb və nəyi müdafiə etməyə çalışdığını belə başa düşə bilmir - bu məqama xüsusi diqqət yetirilməlidir. O baxımdan ki, Vensin irəli sürdüyü tezislər illərdir ki, Azərbaycan dövləti tərfindən bildirilir. Aİ-nin bəzi strukturlarının, hətta Aİ-yə daxil olan bəzi dövlətlərin açıq şəkildə separatizmə dəstək verməsi, işğala haqq qazandırması “Avropa dəyərləri”nə etimadı tam şəkildə sarsıdıb.
Eyni zamanda, Vens qeyd edib ki, Avropa üçün əsas təhlükə Rusiya və ya Çindən deyil, onun öz liderlərindən gəlir. Onlar öz xalqının mənafeyini qorumaq əvəzinə söz azadlığını boğur, insanları düşüncə cinayətlərinə görə həbs edir və özlərini “mərhum SSRİ-nin məmurları” kimi aparırlar. Onlar öz vətəndaşlarından, fikirlərindən, inanclarından qorxurlar.
Bu da olduqca maraqlı detaldır. Həqiqətən də Avropa liderlərinin son illərdəki davranışları heç də beynəlxalq qanunvericiliyə və ya konvensiyalara uyğun deyil - məsələn, Makronun Azərbaycana qarşı yürütdüyü qeyri-adekvat münasibət bunu sübut edir. Əslində, Vensin bir cümləsi müasir Avropanın mənzərəsini olduqca açıq şəkildə ortaya qoyur - Aİ həqiqətdən qorxur...
Avropa xilas ola bilməyəcək...
Vens bildirib ki, “Soyuq müharibə”dəki qələbədən sonra Qərb azadlığın qalasına çevrilməli idi, əksinə o, vaxtilə mübarizə apardığı sovet rejiminin karikaturasına çevrildi. Vens bir sıra ölkələrdə insanlara qarşı fikirlərinə görə repressiyalara dair konkret misallar çəkib.
Münhen konfransı ənənəvi olaraq müdafiə məsələlərinə həsr olunur, lakin Vens əsaslı sual verib: Avropa özünü məhz kimdən müdafiə edir? O, hər halda nəyi xilas etməyə çalışır? Avroliderlər hərbi büdcələrin artırılması zərurəti barədə danışırlar, lakin bu müdafiənin niyə qurulduğuna birmənalı cavab verə bilmirlər. Vens deyib ki, Avropanın ümumi müdafiəsi bir vaxtlar azadlıq və təhlükəsizlik naminə qurulmuşdu, bu gün isə boş sözlərdir. Avropa hakimiyyəti ənənəvi dəyərləri və azadlıqları qorumağa qayıtmasa, heç bir ordu qitəni məhv olmaqdan xilas edə bilməz.
“Qoca qitə” “əsa”sını itirib...
Vensin toxunduğu ən mühüm məsələlərdən biri nəzarətsiz miqrasiya problemidir. Avropa artıq avropalılara aid deyil. Böyük şəhərlərdə yerli əhali azlığa çevrilir, ənənəvi mədəniyyət aşınır, milli maraqlar “tolerantlıq” və “müxtəliflik” haqqında qlobalist şüarlarla əvəz olunur. Vens Avropanı sonsuz müzakirələri dayandırmağa və hərəkətə keçməyə çağırıb. Sərhədlərə nəzarəti bərpa etmək, söz azadlığını bərpa etmək, senzuraya son qoymaq və yerli əhalinin hüquqlarını qorumaq lazımdır. Avropa elitası siyasi cəhətdən bir çox oyunlara qərq olur və Avropa sürətlə simasını itirir. Vens açıq şəkildə bildirib ki, əgər Avropa sağ qalmaq istəyirsə, onun kim olduğunu xatırlaması və özü olmaq hüququnu geri qaytarmağın vaxtıdır.
Gözlənildiyi kimi Tramp administrasiyası Aİ-yə qarşı Bayden qədər “loyal” olmadı. Özünün “yükünü”, təhlükəsizlik vəzifəsini başqalarının üzərinə atmaqla işini bitmiş sayan “qoca qitə”nin söykəndiyi “əsa” əlindən çıxıb. Aİ bu gün daha çox “ərköyün uşağ”ı xatırladır - amma artıq heç kim bu “qoca uşağ”ın nazını çəkmək istəmr. Xüsusilə ABŞ...
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07

