Füzuliyə qayıdış davam edir...
14.12.2023 [10:50]
Daha 112 nəfər doğma torpaqlarına qovuşdu
Yeganə BAYRAMOVA
44 günlük Vətən müharibəsində qazandığımız Zəfər regionun reallıqlarını dəyişdirməsi ilə yanaşı, məcburi köçkünlərimizin də 30 ilə yaxın yurd həsrətinə son qoydu. Vətəndaşlarımızın doğma torpaqlarına qayıtmasına imkan yarandı. İşğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin görülməsi, “Böyük Qayıdış” prosesinin sürətləndirilməsi gücümüzü, məqsədimizi, birliyimizi, xalqımızın böyüklüyünü bir daha göstərir. Ali Baş Komandanın qətiyyətli mövqeyi, xalqımızın birliyi və ordumuzun əzmi ilə ölkəmiz istədiyi bütün hədəflərə nail ola bilmə bacarığına sahibdir.
Bu gün işğaldan azad edilmiş ərazilərimizdə yeni ab-hava var. Bu istiqamətdə yeni layihələr və planlar həyata keçirilir. Azad edilən rayon və şəhərlərdə genişmiqyaslı və intensiv işlər aparılır. Mənfur düşmənin əsarətindən xilas olan bütün yurd yerlərimizə yenidən həyat verilir. Düşmən üzərindəki tarixi Qələbəmizdən sonra ölkə başçısı dəfələrlə işğaldan azad edilmiş ərazilərə səfərlər edərək bildirib ki, Qarabağda bütün infrastruktur bərpa olunacaq. Prezidentin işğaldan azad olunmuş ərazilərə hər səfəri tarixi hadisədir. İndi həmin ərazilərdə tikinti-abadlıq, yenidənqurma işləri geniş vüsət alıb.
Daha 25 ailə yola salındı
Dünən ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə - 112 nəfər köçürülüb. Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 358 ailənin, yəni 1298 nəfərin daimi məskunlaşması təmin edilib.
30 il ayrı düşdüyüm yurduma geri dönürəm...
Füzuli sakini Sücayət Əliyevanın özlərinə görə, 30 il ayrı düşdüyü, həsrətini çəkdiyi yurduna, torpağına geri dönür: “İndi Füzuliyə getdiyim üçün sevincimin həddi-hüdudu yoxdur. Allah Prezidentimizi var eləsin, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can-sağlığı versin. Biz onların sayəsində öz torpağımıza qayıdırıq.
Arzum nəvələrimin toyunu Füzulidə etməkdir
Füzuli sakini Güllü İmanova bildirib ki, Füzulini çox ağır şəraitdə tərk etməyə məcbur olub: “Ötən illərdə yaşadığım acı xatirələri doğma torpağımda yaşamaqla unutmağa çalışacam. Arzum nəvələrimin toyunu Füzulidə etməkdir”,
Füzulidə firavan yaşamaq istəyirik...
Füzuliyə qayıdan keçmiş məcburi köçkün Güldəstə Nəsirovanın sözlərinə görə, 1993-cü ilədək Füzulidə yaxşı şəraitdə yaşayıb. Lakin ermənilərin hücumları nəticəsində Füzulini tərk etmək məcburiyyətində qalıb: “Məcburi köçkün düşməmişdən öncəki kimi Füzulidə firavan yaşamaq istəyirik. 85 yaşımda sevinə-sevinə öz yurduma qayıdıram”.
Sevincimi sözlə ifadə edə bilmirəm...
Füzuli sakini Nəriminə Rəhimova bildirib ki, 73 yaşında doğma Füzuliyə geri qayıdır: “Çox sevincliyəm, sevincimi sözlə ifadə edə bilmirəm. Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuzun sayəsində öz doğma torpaqlarımıza geri qayıdırıq.
Bizim üçün yaxşı şərait yaradılıb...
Füzuli sakini Gülfinaz Məhərrəmova bildirib ki, 30 ildən çox məcburi köçkün həyatı yaşadıqdan sonra öz doğma yurduna geri dönür: “Hazırda bizim üçün orada əvvəlkindən daha yaxşı şərait yaradılıb. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can-sağlığı versin. Bizim üçün ən əsası torpaqlarımızın işğaldan azad olunması idi”.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

