“Arbitraj haqqında” yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib
08.12.2023 [13:23]
“Arbitraj haqqında” yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Sənəd layihəsi 8 fəsil 59 maddədən ibarətdir. Qanun layihəsi arbitraj icraatının həyata keçirilməsi ilə bağlı yaranan ictimai münasibətləri tənzimləyir, arbitraj sazişinə dair tələbləri, Azərbaycan Respublikasında arbitraj məhkəmələrinin və daimi arbitraj təşkilatlarının təşkili, fəaliyyət göstərməsi, arbitraj icraatının aparılması, arbitraj qərarlarının tanınması və icrası qaydalarını müəyyən edir.
Qanun layihəsinə əsasən, tərəflərdən birinin ərizəsi əsasında bu Qanunda göstərilmiş məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərar qəbul edə bilər. Arbitrajın yerinin Azərbaycan Respublikasının ərazisində olub-olmamasından asılı olmayaraq, arbitraj icraatı ilə əlaqədar müvəqqəti təminat tədbirlərinin tətbiqində məhkəmənin Mülki Prosessual Məcəllədə müəyyən edilmiş səlahiyyətləri var.
Bu Qanunun tələbləri nəzərə alınmaqla çıxarıldığı ölkədən asılı olmayaraq, bu Qanunda göstərilmiş məhkəməyə müraciət edilməsi yolu ilə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə arbitraj məhkəməsinin qərarının məcburi hüquqi qüvvəsi tanınır və arbitraj məhkəməsi tərəfindən başqa hal nəzərdə tutulmamışdırsa, icra olunur.
Müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərarın tanınması və ya icra olunması üçün müraciət etmiş və ya belə müraciəti təmin edilmiş tərəf həmin tədbirlər ləğv edildikdə, icrası dayandırıldıqda və ya dəyişdirildikdə dərhal bu barədə məhkəməyə məlumat verməlidir.
Təminatın təqdim edilməsi məsələsi üzrə arbitraj məhkəməsi tərəfindən qərar çıxarılmışdırsa və ya belə qərarın çıxarılması üçüncü şəxslərin hüquqlarının qorunması üçün zəruridirsə, müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərarın tanınması və ya icrası haqqında müraciətə baxan məhkəmə məqsədəuyğun hesab etdiyi halda müraciət edən tərəfdən uyğun təminatın təqdim edilməsini tələb edə bilər.
Müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə arbitraj qərarı tanınması və ya icra olunması üçün məhkəməyə bu Qanunda nəzərdə tutulmuş qaydada təqdim edilməlidir.
Layihəyə əsasən, müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə arbitraj məhkəmələrinin qərarlarının tanınmasından və ya icrasından aşağıdakı hallarda imtina edilə bilər:
- əleyhinə belə qərar çıxarılmış tərəfin müraciət ilə məhkəmə aşağıdakı hallardan birini müəyyən etdikdə:
- bu Qanunda qeyd olunan əsaslardan birinin mövcudluğunu;
- müvəqqəti təminat tədbirləri ilə bağlı təminatın verilməsi barədə arbitraj məhkəməsinin qərarının icra olunmadığını;
- arbitraj məhkəməsi tərəfindən və ya müvafiq səlahiyyətin olduğu təqdirdə ərazisində arbitrajın keçirildiyi, yaxud qanunvericiliyi əsasında müvəqqəti təminat tədbirlərinin tətbiq olunduğu dövlətin məhkəməsi tərəfindən müvəqqəti təminat tədbirlərinin ləğv olunduğunu və ya icrasının dayandırıldığını;
- məhkəmə aşağıdakı hallardan birini müəyyən etdikdə:
- məhkəmənin öz səlahiyyətlərinə və tədbirinin icrasının məqsədlərinə uyğunlaşdırmaq üçün müvəqqəti təminat tədbirinin mahiyyətini dəyişdirmədən həmin tədbirdə dəyişiklik edə bildiyi hallar istisna olmaqla, təminat tədbirinin məhkəmənin səlahiyyətlərinə uyğun olmadığını;
- bu Qanunda qeyd olunan əsaslardan hər hansı birinin müvəqqəti təminat tədbirinin tanınmasına və icrasına tətbiq olunduğunu.
Yuxarıda qeyd olunan istənilən əsas üzrə qəbul edilmiş qərar yalnız müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərarın tanınması və ya icrası ilə bağlı müraciətin məqsədləri üçün qüvvəyə malikdir.
Tanınma və ya icra haqqında müraciətə baxan məhkəmə qərar qəbul edərkən müvəqqəti təminat tədbirlərinin mahiyyətini araşdırmamalıdır.
Xəbər lenti
Hamısına baxGündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54

