31 yaşlı Özbəkistan Konstitusiyası…
08.12.2023 [12:51]
Azərbaycanla Özbəkistan əlaqələrinin yüksək dinamikası var
Y.BAYRAMOVA
Mərkəzi Asiyanın əsas hissəsində yerləşən, qədim tarixə malik və Azərbaycana dost olan ölkələrdən biri Özbəkistandır. Burada əsrlər boyunca zəngin ənənələr və özünəməxsus mədəniyyət formalaşıb. Bunu ölkə boyunca rast gəlinən saysız-hesabsız tarixi abidələr də təsdiqləyir. Təkcə Mərkəzi Asiyanın müqəddəs şəhəri adlandırılan Buxarada 140-a yaxın memarlıq abidəsi var. Səmərqənddəki Bibixanım məscidi İslam aləmində və Mərkəzi Asiyada yerləşən ən böyük məscidlərdən biridir. Qədim Xivə isə müxtəlif dövr və xalqlara məxsus tarixi abidələrin məkanı olduğu üçün 1967-ci ildə, İçan-Qala isə 1990-da YUNESKO-nun Ümumdünya irsinə daxil edilib.
Paytaxt Daşkəndin və digər iri şəhərlərin, bütün regionların timsalında Özbəkistanda tarixiliklə müasirliyin vəhdətini görmək mümkündür. Qloballaşma şəraitində özbək xalqı milli koloritini, ənənələrini qoruyur, dilini yaşadır, mədəniyyətini zənginləşdirir. Eyni zamanda Özbəkistanı müstəqillik yolunda uğurla inkişaf edən ölkə kimi səciyyələndirə bilərik. Yalnız müstəqillik dövründə özbək xalqı öz taleyinin sahibi olub.
Özbəkistanda siyasi sistemin təkmilləşdirilməsi ilə iqtisadi inkişaf adekvatlıq təşkil edir.
Bu gün Özbəkistan Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Belə ki, Özbəkistan Respublikasının ən yüksək normativ hüquqi aktı olan konstitusiya 8 dekabr 1992-ci ildə qəbul edildi və eyni gündə qüvvəyə mindi. Konstitusiyanın 128 maddəsindən 60-ı özbək xalqının və vətəndaşlarının hüquqi statusuna həsr edilib.
Bu gün dost ölkə BMT-nin və digər nüfuzlu beynəlxalq təşkilatların üzvüdür. Ölkə dünyada İslam həmrəyliyinin və Türk birliyinin möhkəmlənməsində fəal iştirak edir.
Qeyd edək ki, bu il aprelin 30-da Özbəkistanda Konstitusiya islahatları ilə bağlı referendum keçirilib. Referendumda seçicilərin ümumi sayının 84,54 faizi və ya 16,6 milyondan çox insan iştirak edib. Onların 90,21 faizi, yəni 15 milyondan çoxu konstitusiyanın yeni variantının lehinə səs verib. Konstitusiya islahatlarına uyğun olaraq keçirilən ilk prezident seçkilərində Şavkat Mirziyoyev mütləq səs çoxluğu ilə yenidən dövlət başçısı seçilib.
Özbəkistan Azərbaycanın ərazi bütövlüyünə daim dəstək verən ölkələr sırasında yer alıb. İki ölkə arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub. Azərbaycanla Özbəkistan arasında müxtəlif istiqamətləri əhatə edən qarşılıqlı münasibətlər yüksək dinamikası ilə səciyyələnir. İki ölkəni tarixdən gələn bir sıra bağlılıqlar, dövlətlərin siyasi iradəsi və cəmiyyətlərin istəyi birləşdirir. Deyə bilərik ki, Azərbaycanın və Özbəkistanın siyasi dialoqu, iqtisadi və humanitar sahələrdə əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmalarının qarşısında hansısa bir maneə yoxdur. Təmasların möhkəmlənməsində liderlərin və digər yüksəksəviyyəli rəsmilərin mütəmadi hal alan qarşılıqlı səfərləri mühüm rol oynayır.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

