Reinteqrasiya güclənəcək...
26.04.2023 [13:50]
Son proseslər onu göstərdi ki, Qarabağda yaşayan erməni vətəndaşlarımız Azərbaycana reinteqrasiyanın tərəfdarıdır. Laçın-Xankəndi yolunda keçirilən etiraz aksiyası dövründə bu fakt əyani şəkildə sübut olundu. Bu da təsadüfi deyil. Torpaqların işğaldan azad olunmasından ötən iki ildən artıq dövr ərzində dövlətimizin apardığı meqafəaliyyət göz önündədir. Qısa zaman kəsiyində bir sıra kəndlərin yenidən qurulması, mühüm infrastrutkurların yaradılması, hətta yeni hava limanlarının, yol qovşaqlarının çəkilməsi bütün dünyanı heyrətə gətirdi. Təbii ki, bu inkişaf, bu fəaliyyət ilk növbədə Azərbaycanın öz vətəndaşına verdiyi dəyərin göstəricisidir. Bununla yanaşı, görülən bu işlər həm də Qarabağda yaşayan ermənilər tərəfindən müşahidə olunur. Həmin insanlar məğlub, siyasi və iqtisadi böhrandan xilas ola bilməyən Ermənistandan fərqli olaraq Azərbaycan dövlətinin öz vətəndaşlarına verdiyi dəyəri və qiyməti görür. Ermənistan hakimiyyətinin qeyri-səmimi davranışları, iqtisadi gücsüzlük, verilən vədlərin quru sözdən uzağa gedə bilməməsi, yalnız şantaj və hədə-qorxu vasitələrindən istifadə etməyə çalışması, silahlı qarşıdurmaları dəstəkləməsi Qarabağda yaşayan erməniləri prosesi düzgün qiymətləndirməsinə şərait yaradır. Beləliklə də, Ermənistan və onun tör-töküntülərinin Qarabağda yaşayan ermənilər üzərində təsir imkanları itir. Bu isə reinteqrasiya prosesinin inkişafına yeni imkanlar qazandırır.
Təsadüfi deyil ki, Ermənistan hazırda bu məsələ üzərindən özünün “təxribat-təbliğat” maşınını işə salıb. Onlar prosesi fərqli məzmunlarda və istiqamətlərdə “izah etməyə” çalışsalar da, bunun xeyri olmur. Məsələn, erməni mətbuatı yazır ki, Azərbaycanın Laçın yolunda qurduğu nəzarət-keçid məntəqəsində yüklərlə yanaşı, pasport yoxlanışını da həyata keçiriləcək. “Hraparak” nəşri yazır ki, hələ bir neçə ay öncə Laçın yolunda rentgen cihazlarının quraşdırılması ilə bağlı Bakının istəyi qəbul olunmuşdu: “Məqsəd üç tondan artıq yüklərin daşınmasının qarşısını almaq idi. Bundan sonra baqajların yoxlanılması həyata keçirilirdi. Azərbaycan tərəfi prosesi onlayn rejimdə izləyirdi. Artıq nəzarət-keçid məntəqəsi qurdular.
Bu məntəqədə təkcə yük maşınlarının yoxlanılması yox, həm də pasportların yoxlanılması da həyata keçiriləcək və bunu birbaşa azərbaycanlı hərbçilər edəcəklər. Bu o deməkdir ki, Qarabağdakı erməni əhalisi ya ərazini tərk edəcəklər, ya da Azərbaycanın istədiyini qəbul edəcəklər. Bu, yaxın aylarda baş verəcək”, -deyə nəşr yazır.
Azərbaycanın mövqeyi isə şəffaf və demokratikdir. Ölkəmiz aylardır ki, Qarabağda yaşayan ermənilərlə əlaqələrin inkişafında maraqlı olduğunu ortaya qoyur. Bu sərhəd nəzarət-buraxılış məntəqəsi isə təhlükəsizliyin daha rahat və dəqiq təmin edilməsinə şərait yaradacaq. Azərbaycanın Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikası tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi barədə bəyanatında da göstərildiyi kimi, üçtərəfli bəyanat üzrə öhdəliklərə uyğun olaraq, Laçın yolundan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə Azərbaycan Respublikası tərəfindən təhlükəsizlik zəmanəti olan bu əlavə tədbir çərçivəsində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin bu məntəqədən hər iki istiqamətdə Ermənistana və Azərbaycana şəffaf və nizamlanan keçidi üçün müvafiq şərait yaradılacaq. Bu nəzarət mexanizmi Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirmə şəraitində həyata keçiriləcək. Azərbaycan tərəfi, Ermənistanla birgə sərhəddə nəzarət-sərhəd rejiminin şəffaf və təhlükəsiz fəaliyyəti naminə əməkdaşlığa hazır olduğunu bildirir.
Yerləşdiyi regionun lider dövləti Azərbaycan növbəti dəfə özünün qüdrətini nümayiş etdirdi - regionun aparıcı güc mərkəzi olaraq həm də nizam qaydalarını Bakı müəyyənləşdirir. Qarabağda yaşayan erməni vətəndaşlarımızın təhlükəsizliyinin və hüquqlarının müdafiəsinin təmini isə Azərbaycanın qarantı altındadır. Bu proses artıq başlayıb. Sərhəddə nəzarət-buraxılış məntəqəsinin fəaliyyətə başlaması isə regionun siyasi reallqlarının dəyişdiyi kimi, Qarabağda yaşayan ermənilərin də reallıqları qəbul etdiyinin göstəricisidir. Onlar dərk edirlər ki, Azərbaycan dövləti tarixi ədalətsizliyə son qoyaraq öz ərazi bütövlüyünü təmin edib. Bu isə Qarabağ ermənilərinin gələcəyi üçün də mühüm bir amildir.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

