/ / Deputat Ağalar Vəliyev Ramazan Bayramı münasibətilə şəhid və qazi ailələrinə maliyyə yardımının göstərilməsini və onlara bayram sovqatlarının çatdırılmasını təşkil edib
Deputat Ağalar Vəliyev Ramazan Bayramı münasibətilə şəhid və qazi ailələrinə maliyyə yardımının göstərilməsini və onlara bayram sovqatlarının çatdırılmasını təşkil edib
20.04.2023 [10:50]
Milli Məclisin deputatı Ağalar Vəliyev 97 saylı Goranboy - Ağdam - Tərtər Seçki Dairəsinin seçicilərinə Ramazan Bayramı münasibətilə təbrik ünvanlayıb. Seçicilərinə səmimi diləklərini və xoş arzularını yetirən millət vəkilinin təbrikində deyilir ki, ölkəmizdə vicdan və etiqad azadlığının, dövlət-din münasibətlərinin mütərəqqi tarixi ənənəyə və beynəlxalq hüquq normalarına uyğun təmin edilməsi, milli dəyərlərimizin təbliği və təşviqi dövlətimizin siyasətinin əsas prioritetlərindəndir.
Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra xalqımızın milli adətləri və dini ənənələri tezliklə bərpa edildi və dini bayramlarımız dövlət səviyyəsində qeyd olunmağa başladı. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir, mənəvi və dini dəyərlərimizə böyük ehtiram və sayğı ilə yanalışılır.
Artıq üçüncü ildir ki, xalqımız Ramazan Bayramını Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyilə Vətən Müharibəsində əldə etdiyimiz böyük zəfərdən irəli gələn qalibiyyət ovqatı və işğaldan olunmuş torpaqlarımızda əzmlə aparılan bərpa və quruculuq işlərindən doğan qürur hissi ilə qeyd edir.
Müqəddəs Qurani-Kərimin nazil olduğu və on bir ayın sultanı sayılan mübarək Ramazan ayı Ulu Tanrının mərhəmət və lütfünün ən yüksək dərəcədə təzahür etdiyi saflıq, xeyirxahlıq və ruzi-bərəkət ayıdır. Ən ülvi hissləri və nəcib niyyətləri özündə təcəssüm etdirən, xalqımızın mənəvi zənginliyini və birliyini daha da gücləndirən mübarək Ramazan günlərində ölkəmizin firavanlığı və tərəqqisi naminə dualar oxunur,
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının ölməz xatirəsi dərin ehtiramla yad edilir və igid qazilərimizə şəfalar dilənir. Qədrbilən xalqımız şəhidlərimizin müqəddəs adını həmişə uca tutur, şəhid ailələrinə və müharibə əlillərinə diqqətini və qayğısını heç vaxt əsirgəmir. Ramazan bayramı ərəfəsində Ağalar Vəliyev, rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev və içtimaiyyətin nümayəndələri Goranboy şəhərində Şəhidlər Xatirə Kompleksini ziyarət ediblər və Kompleksin önünə tər güllər qoyublar.
Deputatın ofisindən daxil olan məlumata əsasən Ağalar Vəliyevin təşəbbüsü və dəstəyilə 97 saylı Seçki Dairəsinə daxil olan Goranboy, Ağdam və Tərtər rayonları üzrə 411 şəhid ailəsinə və Qarabağ əlillinə Ramazan bayramı ərəfəsində maddi yardım göstərilib, bayram münasibətilə həmin rayonların 40-dan çox yaşayış məntəqəsində 1 015 şəhid, qazi, əlil və aztəminatlı ailəsinə təbrik açıqcaları ilə birgə bütün zəruri ərzaq məhsullarından ibarət bayram sovqatları çatdırılıb və Goranboy rayonunda təxminən 600 nəfərin iştirakı ilə böyük iftar mərasimi təşkil olunub.
Şəhid ailələri, qazilər və sakinlər onlara göstərilən yüksək diqqətə və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Xəbər lenti
Hamısına baxDünya
23 Avqust 20:53
Dünya
23 Avqust 20:32
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:15
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:35
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45

