BMT-nin Qacqınlar üzrə Ali Komissarlığının üzərinə önəmli vəzifə düşür
02.02.2023 [10:35]
Qərbi Azərbaycan İcmasının Ankara təmsilçisi: Hədəflərimizə addım-addım yaxınlaşırıq
“Beynəlxalq hüququn təmin olunması Qərbi azərbaycanlılar üçün öz yurdlarına geri dönmələrində əsas prioritetdir. Bu baxımdan BMT biz Qərbi azərbaycanlılar üçün beynəlxalq hüququn təminatına dəstək verməlidir”. Bunu Qərbi Azərbaycan İcmasının Ankara təmsilçisi, araşdırmaçı yazar, Dr.Dərya Akdemir “Yeni Azərbaycan” qəzetinin Türkiyə bürosuna bildirib.
Dərya Akdemir deyib ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətini BMT sənədi kimi yayması nüfuzlu bir təskilatda icmanın beynəlxalq ictimaiyyətə ünvanladığı muraciətə dərhal reaksiya verilməsi artıq mövcud reallığın dünya ictimaiyəti tərəfindən düzgün dəyərlindirilməyə başlamasının göstəricisidir.
İcmanın Ankara təmsilçisi bildirib: “Bütün dünya azərbaycanlılarının Prezidenti Cənab İlham Əliyevin icmamımızın yeni ofisinin açılışında etdiyi çıxış artıq qarşımızda yeni üfüqlərin açılacağını göstərirdi. Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın geri, öz doğma yurd-yuvalarına qayıtmaları bu gün regionda sülhün təmin edilməsi, birgə yaşayışın bərqərar olunması üçün vacib amildir. Bu aspektden baxdığımız zaman artıq biz görürük ki, hədəflərimizə addım-addım yaxınlaşırıq. Regionda rifahın bərqərar olunması naminə Qərbi Azərbaycandan olan soydaşlarımızın hüquqlarının bərpası istiqamətində əməli işlərin görüldüyünün şahidi oluruq”.
Həmsöhbətimiz onu da qeyd edib ki, qardaş ölkədə illərdir yaşayan və fəaliyyət göstərən, əslən Qərbi Azərbaycandan olan ziyalılar bu prosesi böyük ruh yüksəkliyi ilə izləyirlər: “Əminik ki, çox yaxında ölkə başçımızın rəhbərliyi altında yürüdülən məqsədyönlü proqramlar nəticəsində çox gözəl nəticələr əldə olunacaq. Biz də öz doğma Vətənimizə qovuşa biləcəyik”.
Qərbi Azərbaycan İcmasının Ankara təmsilçisi bu istiqamətdə BMT-nin Qacqınlar üzrə Ali Komissarlığının Ermənistanla əlaqələr qurmasının, iş aparmasının vacibliyini də vurğulayıb: “Rəsmi İrəvan anlamalıdır ki, necə Qarabağda ermənilər təhlükəsiz şəraitdə yaşayacaq, eləcə də Qərbi Azərbaycandan deportasiya etdikləri insanlar da öz evlərinə geri dönməlidirlər, onların orada yaşayış və digər hüquqları təmin olunmalıdır. BMT-nin Qacqınlar üzrə Ali Komissarlığından bu baxımdan gözləntilərimiz var ki, bu məsələlər Ermənistanla danışıqlar yolu ilə onlara başa salınmalıdır. Bu məsələlər regionda sülhün, sabitliyin və əmin-amanlığın təmini üçün vacib amildir. Və eyni zamanda, qeyd etmək lazımdır ki, əsl proses məhz rəsmi İrəvanın real addımlar atmasından sonra başlayacaq. Sonuncu deportasiya olunan şəxs öz doğma torpağına geri döndükdən sonra artıq məsələnin ikinci, üçüncü və digər mərhələlərinin həlli istiqamətində danışmaq olar. Məsuliyyət, yaşamaq, minimal sosial rifahın təmini kimi amillər rəsmi İrəvanın tam formada, yəni, deportasiya etdiyi bütün insanların yerləşdirilməsi, mövcud olan həyata dönüşü üçün vacib şərtlərdir. Bu yöndə tərəflərlə yanaşı, həmçinin beynəlxalq qurumların, ələlxüsus BMT-nin Qacqınlar üzrə Ali Komissarlığının üzərinə önəmli vəzifə düşür. Azərbaycanın kimsənin torpağında gözü yoxdur, amma öz ərazilərindən də qətiyyən vaz keçmək niyyətində deyil”.
Sevil Hilalqızı Ünal,
Ankara
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46

