/ / Ombudsman Ermənistanın muzdlulardan istifadə etməsinə dair faktları beynəlxalq təşkilatlara göndərib
Ombudsman Ermənistanın muzdlulardan istifadə etməsinə dair faktları beynəlxalq təşkilatlara göndərib
23.01.2023 [18:33]
Azərbaycan Ombudsmanının Ermənistan tərəfindən muzdluların cəlb olunmasını faktlar əsasında sübut edən müraciət və məlumatlar ardıcıl şəkildə beynəlxalq təşkilatlara göndərilib.
Bu barədə Azərbaycan Ombudsman Aparatından bildirilib.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə başçəkmələr müntəzəm olaraq davam etdirilir.
Məlum olduğu kimi, 44 günlük Vətən müharibəsi dövründə Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları və ona Əlavə Protokollarının, Haaqa Konvensiyalarının, BMT-nin “Muzdluların cəlb edilməsinə, onlardan istifadə olunmasına, onların maliyyələşdirilməsinə və təliminə qarşı mübarizə haqqında” Beynəlxalq Konvensiyasının, BMT-nin Təhlükəsizlik Şurasının 405 və 419 saylı qətnamalərinin tələbləri kobudcasına pozulmaqla Azərbaycan ərazilərində müxtəlif terrorçu qruplaşmaların üzvləri və muzdlular cəlb olunmaqla müharibə cinayətləri törədilmişdir.
1949-cu il Cenevrə Konvensiyalarının 1 saylı Əlavə Protokolunun 47-ci maddəsinə əsasən, muzdlunun kombatant və ya hərbi əsir statusu almaq hüququ yoxdur. Yəni muzdluların hərbi münaqişədə iştirakı beynəlxalq humanitar hüquqa ziddir.
Ermənistanın bilavasitə imzaladığı Beynəlxalq Ədalət Məhkəməsinin Roma Statutunun 8-bis maddəsinin gyarımbəndinə əsasən, iştirakçı dövlətin digər dövlətin ərazisinə silahlı qruplaşmalar, qeyri-müntəzəm silahlı birləşmələr və muzdlular göndərməsi həmin dövlətə qarşı təcavüz xarakterli cinayət əməlini ehtiva edir.
Ombudsman Səbinə Əliyeva və Milli Preventiv Qrupun (MPQ) üzvləri Azərbaycan ərazilərində törətdikləri cinayət əməllərinə görə həbs edilmiş bu qəbildən olan şəxslərin saxlandıqları müəssisələrə dəmüntəzəm olaraq baş çəkirlər. Başçəkmələrdə Milli Preventiv Qrupun ixtisasca həkim və psixoloq üzvünün də iştirakı təmin olunub.
Başçəkmələr zamanı həmin şəxslər Ombudsman Səbinə Əliyeva və MPQ üzvləri tərəfindən fərdi qaydada qəbul olunmaqla dinlənilib, onlara müraciət mexanizmləri ilə bağlı öz dillərində qanunvericilik aktları təqdim edilməklə hüquqları izah olunub.
Həmin şəxslərə münasibətdə hər hansı bir fərq qoyulmadan lazımi şəraitin, tibbi-psixoloji xidmətin, ailə üzvləri ilə telefon danışığı və digər hüquqlarının təmin olunduğu, onlarla rəftara dair qanunvericiliyin tələblərinə riayət edildiyi müşahidə olunub. Qəbul edilmiş şəxslər Ermənistanın azərbaycanlılara göstərdiyi münasibətdən fərqli olaraq yaradılmış şəraitdən, tibbi xidmətdən, qidalanmadan razılıq etməklə yanaşı, saxlandıqları müəssisədə onlara göstərilən humanist münasibətə görə təşəkkürlərini bildiriblər.
Xəbər lenti
Hamısına baxSosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36

