Məni çağırırlar...
17.11.2022 [10:37]
Torpağa doğulduğu gün tapşırılan şəhid
G.QABİLQIZI
İnsanın həyatında üç mühüm hadisə var: doğulmaq, yaşamaq və ölmək. Deyirlər, əksər insanlar necə doğulduğunu hiss etmir, insan kimi yaşamağı unudur və ölür. Heç sübhəsiz bir gün bütün insanlar bu dünyadan köçüb uzaqlara gedir. Əsas olan necə yaşadığın və necə öldüyündür. Bəzi insanları isə ölüm yox etmir, onlar ölümləri ilə əbədilik qazanırlar. Bu mənada bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi. Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxunun nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilərlər bu uca zirvəyə. Ölüm əslində yoxluq və heçlik deyil. Əbədi diyara səfərdir. Əbədi diyara səfərdən sonra çoxları çox az müddətlik də olsa dünyaya yenidən qayıtmaq və xeyirxah, saleh əməllər işləmək istəyəcəklər. Ancaq şəhidlər yenidən dünyaya qayıdaraq bir daha şəhid olmağı arzulayacaqlar.
... Həyatda yaşadığımız hər gün tarixə dönür. Ancaq tarixə yazılan günlərin hamısı yaddaqalan olmur. Elə günlər var, onlar unudulub gedir, elələri də var ki, onlar heç vaxt unudulmur, yaddan çıxmır. Belə günləri unudulmaz edən qəhrəmanlardandır şəhidlər. Çünki, bu dünyada hamımıza bəxş olunan bir ömür payı var. Ömür yolunu müəyyən müddət sonra başa vuracağıq. Bu mənada insanın dünya həyatına ən gözəl şəkildə əlvida deməyinin adıdır şəhid olmaq. Qərinələr, əsrlər keçməyinə baxmayaraq xalq tərəfindən əsla unudulmayan insanlardır şəhidlər.
İnsanlar doğulmağı o qədər böyük bir məfhum hesab edirlər ki, həyatda olduqları hər il bu günü qeyd edirlər. Ancaq bəzi insanların doğum günü onlar bu həyatda olmasa da qeyd olunur, ruhları yad edilir. Bəli, onlar şəhidlərdir, ruhları hər məqamdan uca, adları əziz olan şəhidlər...
Özü həyatda olmasa da, adı tarixə düşən, əməli ilə tarix yazan oğullardan birinin doğum günüdür bu gün. Bu gün xalqa Zəfər təntənəsi yaşatmaq uğrunda canından keçən Nicat Tarıverdiyevin 24 yaşı olur. Yəqin çoxumuz kimi o da böyük Zəfəri qeyd etmək istəyərdi, ancaq Nicat qələbəyə saatlar qalmış şəhadətə qovuşub. Qəribəsi odur ki, Nicatın doğulduğu gün də, torpağa tapşırıldığı gün də eyni tarixə təsadüf edir. Elə buna görə deyirlər ki, şəhidlər seçilmiş insanlardır. Onların həyat yolu hələ doğulmadan yazılır.
Nicat haqqında çox şeylər danışmaq olar. Onun bu şücaəti hələ balaca yaşlarından özünü göstərib. Ailənin yeganə övladı olan Nicat kiçik yaşlarından boksla məşğul olub, dəfələrlə Azərbaycan bayrağını yüksəklərə ucaldıb. Ali məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanan Nicat Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edib. Murovdağ yüksəkliyi, Suqovuşan və bir sıra rayonların azad olunmasında şücaət göstərib. Bu döyüşlərdə cəsurluğu ilə dillərə dastan olan Nicat şəhadətindən sonra “Vətən uğrunda, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Getməsəydi... Bəlkə də Nicatın belə bir şansı yox idi, çünki bəzilərinin bir hadisə kimi başına gələn ölüm, onun alın yazısı idi. Ölüm onun üçün yox olmaq deyildi, şəhadətlə əbədiyyətə qovuşmağın yolu idi. Nicat müharibəyə könüllü getmişdi, çünki qədərin bütün zəncirləri onu bu tarixi hadisədə iştiraka səsləyirdi. Elə özü də deyirdi, “Məni çağırırlar, getməliyəm”. Nicat kimi igidlər çox idi, 3000-dən çox igidimiz əvvəlcə müharibəyə, sonra da şəhadətə çağırıldı. Onları zaman, məkan seçir, onlar seçmirlər, seçilirlər. Ona görə də Nicatın “bəlkə”, “kaş ki” demək şansı yox idi. Şəhid Nicat Tarıverdiyev bu gün ucalardan bizi seyr edir, onu doğum günündə yad etdiyimizi görür. Bu da Nicatın ucaldığı məqamın böyüklüyündəndir. Ruhun hər zaman şad və uca olsun, cəsur Tarıverdiyev!
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43

