Heyvanları qoruyaq - Dünyamızı qoruyaq
04.10.2022 [11:15]
Bu gün Heyvanların Müdafiə Günüdür
Səidə Rəhimli
Sona Axundova
4 Oktyabr - Heyvanların Beynəlxalq Müdafiəsi Günü kimi hər il xüsusilə qeyd olunur. Heyvanların müdafiəsinə ciddi yanaşmaq lazımdır ki, onlarla birlikdə bizi yaşadan təbiət də məhv olmasın.
Nəsli kəsilməkdə olan heyvan sayı ilbəil artır. Təkcə Azərbaycanda 1989-cu ildə nəşr edilmiş “Qırmızı kitab”a 188 heyvan adı daxil edilmişdisə, 2013-cü ildə kitabın yenidən nəşrində 223 heyvan növü yer aldı. İqlim dəyişiklikləri, insanların təbiətə və heyvanlara laqeyd yanaşması, öz mənafeləri naminə heyvanların öldürülməsi “Qırmızı kitab”a düşən növlərin sayını artırır. Məhz bu səbəbdən Dünya Heyvanların Müdafiə Günü insanların heyvanlara qarşı qəddarlığını dayandırmaq, hər bir canlının layiq olduğu həyatı yaşaması üçün cəmiyyəti bu haqda maarifləndirmək məqsədilə heyvan hüquqları və rifahını qeyd edən xüsusi bir gündür. Heyvanların Beynəlxalq Müdafiəsi Günü orta əsr İtaliyasında heyvanların himayədarı olaraq tanınan müqəddəs Fransiskin vəfat etdiyi gün - 4 oktyabr seçilib.
Heyvanların qorunmasına həsr edilmiş bu tarixdə hazırda nəsli kəsilməkdə olan heyvanların bir neçəsi haqqında məlumat verərək bu mövzuda insanları maarifləndirmək bizim borcumuzdur:
1. Panda:
Çinin dağ meşələrində yaşayan hər kəsin sevimlisi pandalar hazırda ovçuluq, meşələrin qırılması kimi səbəblərdən nəsli kəsilməkdə olan heyvanlar sırasına daxildir. Pandalar daha çox bambuk ağacının yaşıl yarpaqları ilə qidalanırlar və həyatda qalmaq üçün 12 saat ərzində kütlələrinin 15 faizi qədər qidalanmalıdırlar. Lakin meşələrin qırılması fonunda bu qida ehtiyatı kifayət etmir.
2. Pələng:
Pişikkimilər fəsiləsinə aid olan və ecazkar gözəlliyi ilə insanları heyran edən Sumatra pələnginin nüfuzu 100 il bundan əvvəllə müqayisədə xeyli azalıb. 1 əsr bundan əvvəl bu pələnglərin yayılma əraziləri ilə indiki əraziləri müqayisə etsək, 95 faizə qədər azaldığını müşahidə edə bilərik. Bunun ən əsas səbəbi isə ağac kəsmə və insan təcavüzüdür. Pələnglər nəsli kəsilməkdə olan heyvan siyahısına daxil olduqdan sonra siyahıdakı digər heyvanlar kimi qorunma altına alındı və bunun nəticəsində də sözügedən pələng nüfuzunda xeyli artım müşahidə olundu.
3. Mavi balina:
Təbiətdə yaşayan ən böyük canlı kimi bilinən mavi balinalar XX əsrdə insanların laqeydliyi nəticəsində demək olar ki, məhv oldu. Buna əsas səbəb isə dənizlərin çirklənməsi və dənizin səs-küy fonunun artmasıdır. Dənizlərin çirklənməsi bütün balıq növlərini təhlükəyə atan və tez zamanda qarşısı alınmalı olan çox vacib bir səbəbdir. Digər tərəfdən, dənizin səs-küy fonunun artması balinaların səs siqnalları ilə bir-birini tapmasını çətinləşdirir və bu da cütləşmə mövsümündə tərəfdaş tapmağı xeyli qəlizləşdirir.
4. Asiya fili:
Cazibədar görünüşü və fərqliliyi ilə diqqəti cəlb edən Asiya fillərinin hazırda fil sümüyünə görə ovlanmaları, sirklərdə insanları əyləndirmək üçün istifadə edilmələri və yaşayış yerlərinin məhv edilmələri onların nəsli kəsilməkdə olan heyvanlar siyahısına daxil olmalarının əsas səbəbləridir. Buna görə də 1986-cı ildən bəri Asiya fili Beynəlxalq Qırmızı Kitaba nəsli kəsilməyə yaxın bir növ olaraq daxil edilib.
5. Ağ ayı:
Şimal Buzlu okean sahillərində yaşayan və rənginin gözəlliyi ilə fərqlənən ağ ayılar son dövrlərdə daha da artan iqlim dəyişikliklərinə və ətraf mühiti çirkləndirən neft quyularının işlənməsinə görə nəsli kəsilməkdə olan heyvanlar siyahısındadır. Belə ki, aparılan araşdırmalara əsasən, iqlim dəyişikliklərinə görə qütb buzlaqlarının əriməsi davam etsə, 80 il ərzində ağ ayıların nəsli kəsiləcəkdir.
Bu siyahını daha da artırmaq, təəssüf ki, mümkündür. Hər biri möhtəşəm görünüşə və heyratamiz qabiliyyətlərə sahib olan bu heyvanların təbiətdən silinəcək olması çox təəssüfedici haldır. Nəsli kəsilən hər bir canlı təbiətimizdə ağır yaralar açır. Bunun qarşısının alınması isə onlara ən çox ziyan vuran bizlərə düşür. Bir çox ölkələrdə heyvanların qorunması üçün addımlar atılıb. Məsələn, Avstriyada heyvanlar haqqında bir sıra qanunlar qəbul edilib. Bu qanunlara əsasən, toyuqları dar qəfəsdə saxlamaq, itlərin quyruğunu və qulaqlarını kəsmək, bağlamaq və digər heyvanlara qarşı edilən qəddarlıqlar cinayət hesab olunur və ağır şəkildə cəzalandırılır. Almaniyada heyvanların hüquqları Konstitusiya ilə qorunur. Bununla bağlı bir çox ölkələrdən misallar gətirə bilərik. Bizim ölkəmizdə də heyvanların qorunması üçün qanunlar qəbul edilib və ciddi addımlar atılıb. Dünya ölkələrinin bu məsələyə ciddi yanaşması təqdirəlayiqdir.
Onları qorumaq bizim borcumuzdur, çünki heyvanları qorumaq təbiətimizi, dünyamızı və həyatımızı qorumaq deməkdir.
Heyvanların qorunmasına diqqət çəkmək üçün aşağıdakı amillərə diqqət yetirək:
1. Batil inanclara görə heyvanların qətl edilməsi;
2. İnsanlara zərər verdiyi üçün heyvanların öldürülməsi;
3. Şəxsi mənafelərə görə edilən ovlar;
4. Əyləncə uğruna heyvanların istismar olunması;
5. Ətraf mühitin çirklənməsi;
6. Elmi təcrübələr üçün heyvanların istismar edilməsi;
7. Meşələrin məhv olunması.
Təbiətimizi və canlılarımızı qoruyaq! Yalnız bu gün deyil, hər gün bunun üçün çalışaq!
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Gündəm
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40

