Unutmadıq, unutmarıq...
20.01.2022 [00:40]
20 Yanvar həmrəylik tariximiz olmaqla yanaşı, milli müstəqillik, azadlıq uğrunda mübarizənin və yenilməz iradənin rəmzinə çevrilib
Günel Abbas
Keçmişini unudan xalqın gələcəyi olmaz. Bəxtimiz onda gətirib ki, keçmişdə bizə yaşadılanlarla bağlı ən kiçik nüansı belə xatirimizdən silməmişik. Vaxt olub başımıza gətirilənlərin layiqincə cavabını verə bilmədiyimizə görə utanmışıq, lakin unutmamışıq. İndi utanmağın da, unutmağın da daşını birdəfəlik atmışıq. Artıq iki ildir, Şəhidlər Xiyabanına alnıaçıq, üzüağ millətin nümayəndələri kimi gedirik. Çünki xatirəsini daim uca tutduğumuz şəhidlərimizin ruhu şaddır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun rəşadəti, xalqın həmrəyliyi sayəsində 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfəri ilə şəhidlərimizin intiqamı alındı və onların qanı yerdə qalmadı.
20 Yanvarda xüsusi hiss etdiyimiz iki duyğu var. Bu gün Azərbaycanın yeni tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizənin və yenilməz iradənin rəmzinə çevrilib.
Hadisələrin cərəyan etdiyi həmin dövrdə ümummilli liderimiz Heydər Əliyev siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək kəskin bəyanatla çıxış etdi. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1994-cu ilin yanvar ayında Milli Məclisdə faciəvi 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi.
Zaman keçdikcə 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində böyük addımlar atıldı. Metronun “20 Yanvar” stansiyasının üzərindəki dairədə xatirə kompleksi yaradıldı, 2010-cu il yanvarın 20-də Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində memorial abidə kompleksinin açılışı oldu. Şəhidlərimizin ruhu, milli şüurumuz, genetikamız bizdən - hər bir azərbaycanlıdan müstəqil dövlətimizi qorumağı və inkişaf etdirməyi tələb edir.
Azərbaycan xalqı 1990-cı ilin yanvarında Azərbaycanın azadlığı uğrunda zirehli texnikanın qarşısına əliyalın çıxmış, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş oğul və qızlarını unutmur. Bu gün olduğu kimi, hər il yanvarın 20-si saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir. Bu gün həmin tarixdən 32 il ötür. Böyük bir tarixi əhatə edən dünya üçün bu rəqəm kiçik görünə bilər. Amma xalqımız və dövlətimiz durduqca o qərib gecədə itirdiklərimizi 32 il yox, 332 il keçsə də, unutmayacaq, əziz ruhlarını daim ehtiramla yad edəcəyik.
Xəbər lenti
Hamısına baxDünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42

