Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / FHN: 40 nəfər xilasedicidən ibarət qrup 2 helikopterlə İranda axtarış-xilasetmə əməliyyatına qoşulmağa hazırdır

FHN: 40 nəfər xilasedicidən ibarət qrup 2 helikopterlə İranda axtarış-xilasetmə əməliyyatına qoşulmağa hazırdır

20.05.2024 [01:50]

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) İran Prezidenti İbrahim Rəisinin rəhbərlik etdiyi heyəti aparan helikopterin qəza enişi etməsi ilə əlaqədar axtarış-xilasetmə əməliyyatına dərhal dəstək göstərməyə hazır olduğunu bildirib. 

Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, lazımi texniki vasitələrlə təchiz olunmuş 40 nəfər peşəkar xilasedicidən ibarət qrupun 2 helikopterlə hər an axtarış-xilasetmə əməliyyatına qoşulmağa hazır olması dost ölkənin müvafiq dövlət qurumunun diqqətinə çatdırılıb”, - deyə məlumatda qeyd edilib

Paylaş:
Baxılıb: 610 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Gündəm

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31