"Otelçilik qeyri-neft sektorunda ən çox inkişaf edən sahədir"
30.04.2024 [11:44]
Son zamanlar ölkəmizdə qeyri neft sahəsində otelçilik sənayesi inkişafı ilə özünü daha çox göstərir. Araşdırmalara baxsaq görərik ki, pandemiyadan əvvəlki dövrə çatmasaq da, Azərbaycanda otelçilik bazarında yüksək xətlə inkişaf müşahidə olunur. Xüsusən sabit ölkə olmağımız və 11 iqlimdən 9-nun Azərbaycanda olması ölkənin xarici turizm bazarlarında reklamına təkan verir. Digər tərəfdən ölkəmizə hər il gələn turistlərin müsbət rəylə öz ölkələrinə qayıtması turist kütləsinin ilbəil artmasına gətirib çıxarır.
O da məlumdur ki, turistlərin xaricdən ölkəmizə üz tutduğu ərəfələrdə ən çox müraciət etdiyi məkanlar məhz otellərdir. Bəs otellərdə qiymətlər necədir?
Turizm üzrə ekspert Cabir Dövlətzadə "Yeni Azərbaycan" a açıqlamasında bildirir ki, otellərdə qiymət siyasəti təklifə görə müəyyənləşir: "Təkliflərdə mövsümə uyğun dəyişiklik olur. Bu illər ölkəmizdə keçiriləcək forum və yarışlar müştərilərin keçən ilə nəzərən daha yüksək olacağından xəbər verir. Qeyd edim ki, ölkəmizdə otellərin qiymətləri insanların yaşam səviyyəsinə görə müəyyənləşib və ümumiyyətlə xarici vətəndaşa verilən paket turlarından yerli turistlər daha çox istifadə edirlər. Ölkəmizdə fəaliyyət göstərən otellərdə xüsusən yataq və səhər yeməyi paketlərindən istifadə olunur. Bu da otelin digər sektorlarına köməklik etməsinə səbəb olur. Çünki, otel "hər şey daxil"i vermədiyi üçün müştərilər günorta və axşam yeməklərini əsasən restoranlarda yeyirlər".
Ekspert onu da qeyd edir ki, ölkəmizdə ən yüksək qiymət brend otellərdədir: "Onların qiyməti beynəlxalq brendlərə nəzərən müəyyən edilir. Ayrıca konqres və seminar tədbirləri də daha çox belə otellərdə olur. Standart otellər isə qiymətlərdə onlardan geri qalırlar. Bir otelin qiymətinin yüksək olması onun verdiyi xidmətlərlə bilavasitə bağlıdır. Çünki, standart otellər daha çox səhər yeməyi və yataq xidməti və ya kafe xidməti verir. Brend otellərdə isə sadəcə səhər yeməyi və yataq xidməti deyil, eyni zamanda günorta və axşam yeməyi üçün xüsusi restoranlar və xüsusi ölkələrin hətta mətbəxi ayrıca masaj, sauna kimi və s. xidmətlər mövcuddur ki, bu da onların qiymət siyasətində əsas rol oynayır və onların qiymətinin yüksək olmasına gətirib çıxarır. Azərbaycanda son zamanlarda otellərin servis səviyyəsi artır. Otellər əgər köhnədirsə, onların yenilənmə prosesi gedir. Yeni açılan otellər isə müasir standartlara cavab verir".
Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

