Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Londonda genişmiqyaslı etiraz aksiyaları keçirilib

Londonda genişmiqyaslı etiraz aksiyaları keçirilib

16.05.2026 [23:17]

Londonda bu gün on minlərlə insanın iştirakı ilə iki rəqib aksiya keçirilib.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, aksiyalardan biri ifrat sağçı fəal Tommi Robinsonun təşkil etdiyi “Unite the Kingdom” yürüşü, digəri isə Fələstinə dəstək nümayişi olub. Paytaxtda təhlükəsizliyi təmin etmək üçün 4 mindən çox polis əməkdaşı səfərbər edilib. Əməliyyat zamanı dronlardan, atlı polis dəstələrindən istifadə olunub, həmçinin zirehli texnika ehtiyatda saxlanılıb.

Metropoliten polisi bildirib ki, bu əməliyyat son illərin ən böyük təhlükəsizlik tədbirlərindən biri hesab olunur. Yerli vaxtla saat 16:30-a olan vəziyyətə əsasən ümumilikdə 31 nəfər saxlanılıb. Polis qüvvələri iki ayrı aksiyada iştirak edənlərin bir-birinə yaxınlaşmasının qarşısını almaq üçün marşrutlar boyunca baryerlər quraşdırıb.

Paylaş:
Baxılıb: 568 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Bişkek görüşü...

02 Sentyabr 11:36  

İqtisadiyyat

Gündəm

Siyasət

İqtisadiyyat

Sosial

Hadisə

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30