Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb

Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb

19.04.2024 [15:19]

Türkiyə Xarici İşlər Nazirliyi regionda baş verən son hadisələrlə bağlı bəyanat yayıb. 

AZƏRTAC xəbər verir ki, Türkiyə XİN bəyanatında bölgə ölkələrini qarşıdurmalardan və gərginliyi daha da artırmaqdan çəkinməyə çağırıb. 

Bildirilib ki, İsrail Hərbi Hava Qüvvələrinin İranın Dəməşqdəki səfirliyinin yerləşdiyi ərazini vurması ilə başlayan gərginlik daimi münaqişəyə çevrilmə riski daşıyır. Türkiyə hadisələrin gedişini yaxından izləyir və bütün tərəfləri daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır. 

Nazirlik hazırda beynəlxalq ictimaiyyətin diqqəti İsrail-Fələstin qarşıdurmasına və münaqişənin ən qısa zamanda başa çatdırılaraq daimi sülhün təmin edilməsinə cəmləşdirməsinin zəruriliyini vurğulayıb.

Paylaş:
Baxılıb: 517 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Gündəm

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31