Sonrakı peşmançılıq, yaxud daldan atılan daş topuğa dəyər...
16.04.2024 [09:47]
Redikül müxalifətin növbəti manipulyasiyası
Azərbaycanda mövcud olan kiçik kəsimin - redikül müxalifətin əlindən bir iş gəlmədiyi hər kəsə bəllidir. Bu düşərgədə cəmləşənləri, o cümlədən də özünü yeri gəldi-gəlmədi rediküllərin lideri qismində təqdim edən AXCP sədri Əli Kərimlini ən yaxşı halda dil pəhləvanları kimi səciyyələndirə bilərik. Əli Kərimli və onun çiyindaşları cəmiyyətdə nüfuzlarını tamam itirdiklərinə görə sosial şəbəkələri, Qənimət Zahidin, filankəs O. qızının internet televiziya kanallarını özlərinə “fəaliyyət” meydanı seçiblər. Məsələ burasındadır ki, onlar bu platformalar üzərindən dəqərəzli, düşmən dəyirmanına su tökən səslənmələr edirlər. Belə qənaət hasil olur ki, başda Əli Kərimli olmaqla rediküllər hansı yollarlasa milli maraqlarımıza xələl gətirmək kimi mənfur ənənələrindən əl çəkməyiblər.
Son günlərdə rediküllər yeni mitinq anonsu edirlər. Heç hənanın yeridir? Hazırda Cənubi Qafqazla bağlı çox gərgin proseslər izlənilir. Bəlli güc mərkəzləri artıq öz ssenarilərini işə salıblar. Bölgədə uzun müddətli geosiyasi və geoiqtisadi maraqlarının təmin olunmasına çalışan və bu məqsədlə xain, fürsətcil xislətli Ermənistandan maşa kimi istifadə edən həmin mərkəzlər Azərbaycanın ümummilli ideyalarını həyata keçirməsindən, milli maraqlarının qorunmasında qətiyyət ortaya qoymasından, müstəqil siyasət kursuna sadiq qalmasından narazıdırlar. Onlar dövlətimizin qətiyyətli siyasi iradəsini qırmaq məqsədilə həm də qərəzli təbliğat kampaniyası aparırlar. Hər şeydən göründüyü kimi, redikül müxalifət, o cümlədən də Əli Kərimli bu kampaniyada yer alan “sapı özümüzdən olan baltalar” qismində çıxış edirlər. Qeyd olunanlar fonunda ölkədə milli həmrəyliyin daha da gücləndirilməsi heç vaxt olmadığı qədər zəruridir. Əli Kərimli və onun çiyindaşları isə mitinq anonsu etməklə anarxist olduqlarını, korporativ məqsədlər naminə milli maraqlara xəyanət yolu tutduqlarını bir daha təsdiqləyirlər.
Budur, Əli Kərimli seçkilər mövzusunu yenidən manipulyasiya predmetinə çevirib. AXCP-nin ölkəmizdə cariilin fevralında baş tutan son Prezident seçkiləri də daxil olmaqla bütün seçkilərdə ona başucalığı gətirməyən passiv mövqedə qaldığını, sözün əsl mənasında autsayder rolunda çıxış etdiyini bilirik. Əli Kərimli fevralda “seçkini boykot etmək bizim şüurlu seçimimizdir” “fəlsəfəsindən” çıxış etsə də, AXCP-nin passivliyinin gerçək səbəbi sadəcə sosial baza qıtlığı ilə bağlıdır. Bu özünü yalnız seçki marafonunda deyil, həm də mitinqlərdə göstərir. Zamanında rediküllərin “Məhsul” stadionunda düzənlədikləri mitinqlərə yetərli sayda iştirakçı cəlb edə bilməmələrinin rüsvayçılığını yaşadıqları hələ də yaddaşlardan silinməyib. Belə olan halda Əli Kərimli hansı mənəvi haqla Azərbaycanda yüksək seçici fəallığı şəraitində keçən seçkiləri qınaq obyektinə çevirə bilər? AXCP sədri özüsayağı manipulyasiyaya əl ataraq son vaxtlarda respublikamızda baş verən bəzi həbsləri, həmçinin Qubad İbadoğlunun saxlanılmasını seçkilərlə əlaqələndirməyə çalışıb. Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun saxlanılmasının motivləri, qanuni əsasları barədə geniş məlumat verilib. Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxtapul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. Əli Kərimli isə bəlli səslənmələriilə, necə deyərlər, bulanlıq suda balıq tutmaq istəyir. Yenə dəbelə bir əlaqənin uydurulması ancaq anarxistlərə və pozucu qüvvələrə xas olan bir xüsusiyyətdir. Seçki marafonu bitəndən sonra Əli Kərimlinin belə manipulyasiyalarla “seçki mitinqinə” hazırlaşması daldan atılan daşa bənzəyir. Bu da rediküllərə xasolan bir xislətdir- onlar həmişə ötüb keçən qatarın arxasınca baxırlar. Sonrakı peşmançılığın nə faydası var?
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

