Mənasız boykot
22.12.2023 [18:19]
Fevralın 7-də növbədənkənar prezident seçkisinin keçirilməsi ilə bağlı qərara özünü real müxalifət adlandıran bir sıra siyasi partiyaların münasibəti çoxdandır ki, özünəməxsus və ənənvi olub. Onlar bu seçkini boykot etdiklərini açıqlayıblar. Radikal müxalifətin bu qərarını hər nə qədər müxtəlif bəhanələrlə əsaslandırmağa çalışsalar da, əslində ciddi səbəbləri var. Əsas səbəblərdən biri radikal müxalifətin mövsümi fəaliyyətidir. Yalnız seçkidən seçkiyə gündəmə gəlib saman çöpü kimi parlayan müxalifət, əslində seçkiyə hazır deyil. İkinci səbəb isə onların xalqdan çoxdan aralı düşüb sosial şəbəklərin söyüş partiyasına çevrilmələridir.
Halbuki, müxalifətin əsas missiyası daimi siyasi gündəmdə olmaq, alternativ fikir, konsepsiya irəli sürmək, bu və ya digər formada proseslərdə iştirak etməkdir. Əslində bütün dünyada seçkilərin keçirildiyi günün səhərisi növbəti seçkiyə hazırlıq başlayır: uduzan partiyalar seçkiləri təhlil edir, səhvlərini saf-çürük edir, islahatlar aparır və s. Faktiki olaraq iki seçki arasında olan 5 illik müddətdə müxalifətin başqa bir işi olmayıb. Belə bir sual ortaya çıxır. Əgər siz müxalifətdə olduğunuz müddətdə seçkiyə hazırlaşmırdınızsa, bəs onda nə işlə məğul idiniz?!
Boykot qərarının əsasında duran ikinci amil sosial bazanın olmamasıdır. Seçki ciddi bir siyasi institutdur. Sadəcə bəyanat verib, vaxtaşırı qarayaxma və böhtan dolu çıxışlarla bu prosesin yalnız formal iştirakçısı olmaq olar. Ciddi siyasi mübarizə və rəqabət aparmaq üçünsə sosial baza gərkdir ki, bu da müxalifətdə yoxdur. Müsavat və AXCP-nin özü də yaxşı dərk edir ki, bu iş sosial şəbəkələrdə yaradılan süni aktivliyə bənzəmir, real dəstək lazımdır. Əslində xalq tərəfindən boykot edilmişlərin nəyi və niyə boykot etdikləri heç özlərinə də məlum deyildir.
Bir siyasi partiya, özünü siyasətçi, siyasi xadim hesab edən şəxsin özünü realizə etmək üçün seçkidən daha gözəl meydan ola bilməz. Hətta qalib gəlməsə belə, şəxsi və ya partiyanın hansı istiqamətdə axsadığı, niyə səs ala bilməməsi seçki mühitində ortaya çıxır. Partiya da bu boşluqları aradan qaldırır və növbəti seçkiyə hazırlaşır. Eyni zamanda seçki mühitində onlar tribuna qazanmış olurlar ki, insanlarla, öz elektoratları ilə, sosial bazaları ilə işləyə, mesajlarını cəmiyyətə çatdıra bilsinlər. Yəni belə bir mühitdən könüllü şəkildə imtina etmək sadəcə özünəqəsddir. Bu həm də onun göstəricisidir ki, Azərbaycanın radikal müxalifəti xalqın taleyi ilə bağlı məsuliyyəti bölüşmək gücündə deyil.
Əslində isə radikal müxalifətin bu qərarının arxasında dayanan onların öz gücünə inamsızlığı, elektoratın olmaması, xalqın dəstəyinin sıfır səviyyəsinə enməsidir. Bunu malalamaq üçün yeganə çıxış yolu da mənasız boykot çağırışlarıdır.
Ona görə də radikal müxalifət növbəti dəfə təxribat və cəmiyyətdə ixtilaf yaratmaq yolunu seçməməli, nə qədər gec deyilsə onun-bunun əlində alət olmaqdan biryolluq əl çəkməlidir.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59

