“Heydər Əliyev 100 – Sitatlar və Kəlamlar” kitabının təqdimatı keçirilib.
13.12.2023 [11:17]
Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatında “Heydər Əliyev 100 – Sitatlar və Kəlamlar” kitabının təqdimatı keçirilib.
Tədbirdən əvvəl ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilib.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması və Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin sitatlarının yer aldığı videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan rayon təşkilatının sədri Azər Süleymanov bildirib: “Bu günlər biz müstəqil dövlətimizin memarı və qurucusu, Azərbaycan xalqının dahi oğlu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin əziz xatirəsini yad edirik. Əslində, ulu öndər Heydər Əliyev hələ sağlığında Azərbaycan xalqının qəlbində özünə elə bir abidə ucaltmışdı ki, Onun xatirəsi daim ürəklərdə yaşayır, Onu hər gün dərin minnətdarlıq hissi ilə anırıq. Xalqların, ölkələrin tarixində həqiqi liderlərin rolu danılmazdır. Onlar öz xalqlarını çətin vəziyyətdən çıxarır, düzgün yol göstərir, taleyüklü məsələlərin həllində müdrik məsləhətçi olurlar. Bu baxımdan görkəmli ictimai-siyasi və dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində əvəzsiz rolu olub. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaradıb”.
Sonra çıxış edən Azərbaycan Dillər Universitetinin kafedrasının müdiri Xuraman Əsgərova kitab haqqında geniş məlumat verərək dahi şəxsiyyət Heydər Əliyevin dövlətçiliyimizin qorunması və möhkəmlənməsində, Azərbaycanın sosial-iqtisadi inkişafında, eləcə də, hüquqi dövlət quruculuğu sahəsində misilsiz xidmətlərindən danışıb.
Daha sonra çıxış edən partiya fəalı Fatimə Orucova bildirib ki, Ümummilli Liderin qurub-yaratdığı müasir müstəqil Azərbaycanın Prezident İlham Əliyevin müdrik, uzaqgörən siyasəti sayəsində dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib. O qeyd edib ki, nə qədər müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, ulu öndər Heydər Əliyev də ürəklərdə yaşayacaq.
Xəbər lenti
Hamısına baxGündəm
13 İyun 23:20
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11

