Həm enerji, həm nəqliyyat sahəsində çox böyük əməkdaşlıq planları var
12.10.2023 [14:13]
Vüsal Hüseynov- YAP Xocavənd rayon təşkilatının sədri
Prezident İlham Əliyevin 8 oktyabr tarixində Tbilisidə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatda artıq Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatdığı bildirildi. Bütün regionun inkişafı üçün yaranmış şansı əldən vermək böyük səhv olar.
Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzərində fəal çalışmalar aparılır. Əgər buna nail olsaq, o zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq. Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər və bir çox sahələr üzrə əməkdaşlıq çox uğurlu ola bilər, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət, qarşılıqlı sərmayə qoyuluşu və sair kimi fikirləri əsas diqqət çəkən məqamlardan oldu. Dövlət başşısı həmçinin Azərbaycan və Gürcüstanın hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini vurğulayaraq, bütün beynəlxalq təşkilatlarda xalqlarımızın bu və digər maraqlarını əks etdirən məsələlərdə hər iki dövlət bir-birini dəstəklədiyini, ökələrimizin ərazi bütövlüyünün beynəlxalq hüququn fundamental prinsipi olduğunu və ərazi bütövlüyünün pozulmasının qəbuledilməzliyini, həmçinin Azərbaycanın bu məsələ ilə bağlı mövqeyinin birmənalı olduğunu ifadə etmişdir.
Eyni zamanda üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdiyini, keçən ay bütün ölkə üzrə suverenliyini bərpa etməsini də vurğulamışdır.
Ölkə başçısının bu səfəri də Azərbaycan-Gürcüstan mövcud əlaqələrinin genişlənməsinə və inkişafına tövhə verəcək. Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi və ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırıb. Ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin (Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və s.) reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edir. Həmçinin ölkəmizin Gürcüstanla həm enerji, həm nəqliyyat sahəsində çox böyük əməkdaşlıq planları var. Bizim birgə həyata keçirdiyimiz enerji və nəqliyyat layihələri bu gün bir çox ölkələrin enerji və nəqliyyat təhlükəsizliyinə xidmət göstərir. Azərbaycan böyük məmnuniyyətlə Gürcüstanın yeni infrastruktur layihələrinin yaranmasında iştirak edə bilər. Anakliya limanı və Kulevi limanı əməkdaşlığımızı daha da gücləndirəcək. Bakı-Tbilisi-Qars dəmir yolunun aşırma qabiliyyətinin 5 dəfədən çox artırılması və yaxın gələcəkdə fəaliyyətə başlaması da Orta Dəhlizin güclənməsinə xidmət göstərəcək.
Eyni zamanda Energetika sahəsində ənənəvi sahələrdən başqa bizi birləşdirən “Yaşıl enerji dəhlizi” layihəsidir. Burada da biz iki qardaş ölkə Avropa ölkələri ilə sıx əməkdaşlıq edirik və yaxın aylarda bu layihənin texniki-iqtisadi əsaslandırmasının hazır olacağı vurğulandı.
Regionda Gürcüstanın və Azərbaycanın birlikdə və digər qonşu ölkələrlə birgə icra etdiyi layihələr böyük məna daşıyır. Bizdə güclü siyasi iradə və artıq yaradılmış güclü infrastruktur var. Ən əsas amil isə Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığıdır.
Ölkə Prezidentinin keçən həftə Gürcüstan səfərində səsləndirilən bu və digər fikirlər bir daha iki ölkə arasında əlaqələrin daha da inkişafına zəmin yaradacaq.
Bu gün Azərbaycan dövlətinin milli maraqları ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində tam təmin olunmaqdadır. Onun hər xarici səfəri, atdığı bütün addımlar məhs bu məqsədə xidmət edir. Ölkəmizin əsas milli maraqlarından olan rəqabət qabiliyyətli və çox şaxəli güclü iqtisadiyyat qurmaq əsas proritet məqsədlərdəndir. Regionda sülhün təmin olunması və inkişafa şərait yaradılması əsas məqsəddir. Son illərdə ölkəmiz əməkdaşlıq etdiyi ölkələrlə o cümlədən qonşu dövlətlərlə də bu sahədə mühüm işlər həyata keçirmişdir. Elə günü-gündən artan Azərbaycan-Gürcüstan qonşuluq, dostluq münasibətləri də buna bir misaldır.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

